Gönderi

Əlbəttə, bir halda ki əxlaqsız ərlər xüsusunda qadınların bir söz belə söyləməyə haqqı yoxdur, bir yerdə ki ərlərin istədikləri kimi qadınlar ilə rəftar etməyə haqqı var, bir yerdə ki qadınla yaşayışa lazım bir vasitə kimi rəftar edib istədikləri zaman rədd etmək və dəyişdirmək mümkündür... bir ölkədə ki kişi qadının hər bir eybini söyləyib ancaq qadın ərinin heç bir əxlaqsızlıq və qəbahətini irad etməyə haqqı yoxdur, o halda belə mühit daxilində çarəsiz bir qızcığaz nə edə bilərdi? Hansı məhkəməyə getsəydi, məhkum olacaq idi, çünki bu məmləkətdə o lap əvvəldən öz varlığını və heysiyyətini itirmişdi!
·
1 artı 1'leme
·
41 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.