Həbibim, bu nəzakətdə güli-rənadan artıqsan,
Sərasər nəxli-ərər, tubiyi-zibadan artıqsan.
Cahan məhvəşləri xaki-dərində çakəri-kəmtər,
Səriri-hüsndə Iskəndərü Daradan artıqsan.
Sənin bir tari-muyin müşkünü bu aləmə vеrmən,
Mənim yanımda, billah, sən iki dünyadan artıqsan.
Əgər mən Vaqifəm – Fərhad ilə Məcnundan əlayəm
Əgər sənsən – haman Şirin ilə Lеyladan artıqsan.
Molla Penah Vagif
Yüz il o mahə baxsalar bu məhcəmalə bənzəməz,
Qaşın xətalı qıvrışıb yəqin hilalə bənzəməz.
Gözün qədasın aldığım nə nazi işvə qəmzədir?
Sənin o gül cəmaluva çəməndə lalə bənzəməz.
Ləbin meyilə məst olan şərabi nabi istəməz,
Mən aşiqəm dəhanüvə buna piyalə bənzəməz.
Saçın yazarlar damidir, xalın deyərlər danədir,
Yığılsa külli danələr bu qarə xalə bənzəməz.
Görüncə mən cəmalıvi yəqinim oldu dilbərim,
Cəlalı yusifin gəlib bu cəh-cəlalə bənzəməz.
Mənim bu odlu sinəmin şərari aşikarədir,
Yaxın gələrsə rindilər bilər xəyalə bənzəməz.
Zaman olar ki axtarar zamanə əhli Hacıni,
Və leyk indi sözlərin biri misalə bənzəməz.
Hacıbaba Hüseynov