OLMADI.
Ağlamaq istədim,bacara bilmədim,
Gözyaşlarım belə isyan etdi.
Yandırdı qəlbimi hər günahım,
Hıçqırdım, hıçqırdım duyan olmadı.
Beynim dumanlı,gözüm qaraldı,
Ölmək istədim, ölə bilmədim.
Danışmaq istədim dinlənmək üçün,
Danışdım,danışdım duyan olmadı.
Pak olmaq üçün əl atdım hər yola,
Batdıqca batdım,bilən olmadı.
Bu dəfə üz tutdum tək Allaha,
Duaya daldım duyan olmadı.
Soyudu bədənim hər səfərində,
Nəfəsim daraldı,görən olmadı.
İnlədim qaralan hər gecəmdə,
Eşidib yardıma gələn olmadı.
Daldım xəyallara hər səfərində,
Hüzur tapıb qoxlamaq ümidiylə.
Xəyallar üz döndərdi hər səfərində,
Layiq deyilmişəm xoşbəxt olmağa.
Bəlkə də qədərimdir hüzursuz olmaq,
Bəlkə də qədərimdir titrəyən dodaq,
Bəlkə də qədərimdir sızlayan ürək,