ş

Şeir

Yadındadı, Ürəyinə keşikçi dayanmışdın. Sən bu tərəfdən gözləyəndə, Mən o tərəfdən gəldim!
Bu qədər dolaşıq yollar içində, Qədərsiz bu qeyli-qallar içində Bir yolun yolçusu olmaq çətindir. Bu qədər mütilər, qullar içində Bir elin dərdinə qalmaq çətindir. Bu qədər dolaşıq kələf içində Bəlkə bir açılan kələfi görmək, Bu qədər boz üzlü tərəf içində Haqqın üzündəki tərəfi görmək, Onun tərəfini tutmaq çətindir. Bu kələf açılmaz diş-dırnaq
Reklam
Mərhəmət duyğusu səndə yoxdursa Tutduğun orucun nə mənası var? Süfrəndə yoxsula yerin yoxdursa Bir ay ac qalmağın nə mənası var? Tərəzin çəkidə əyri çəkirsə Dilin zəhər kimi qəlb incidirsə Əlin rüşvət alıb-rüşvət verirsə
-Naz edir bülbülə gül bir belə-mənası nədir? Bülbülün bəs gülü sevməkdə təmənnası nədir? Aşiq hər cövrə dözər, bəlkə də bir hikməti var! Bu işin fikr elə gör əsil müəmması nədir? Öldürür, gündə dirildir məni öz cananım, Keçmişin indi mənə möcüzi-İsası nədir? Bülbülün ki, bu qədər naləsi dünyanı tutur, Kimsə bilmir hələ qəlbindəki sövdası nədir…
Əliağa Vahid
Əliağa Vahid
Mən artıq nə yazım yurduma dair, Düşmən zəhər saçır, dostlar gizlənir. Bilməm öz yurdunu sevən bir şair Nə üçün bir cani kimi izlənir? Gizli yol kəsmədim, qaçaq olmadım, Sakit bir həyatı pоzmadım mən ki, Heç kimə qanlı bir bıçaq оlmadım, Heç bir qətlə fərman yazmadım mən ki... Bəs neçin qəribəm bu doğma eldə, Məhbəsmi dörd yanım, mən ki bоğuldum... Məlun bir zamanda, məhkum bir ildə Allahım, mən neçin şair doğuldum?..
Almas İldırım
Almas İldırım
Qəzəl
Mirzə Əbdülxaliq Yusif
Mirzə Əbdülxaliq Yusif
Hər kim cahanda ləblərinin oldu şaiqi, Kəşf eylədi nəkatü rümuzü dəqaiqi. Dil bağlayan iradət ilə qeydi-zülfünə, Qət eylədi cəmiyi-qiyudü əlayiqi. Zülfün çıxartdı rayihəsi mişki yaddən, Mənsux qıldi ləli-ləbin şəhdi-naiqi. Saldı cahanə fitnəvü aşub gözlərin, Əbrulərin keçirtdi qılıncdan xəlayiqi. Gəh dağə saldı, gah girib bağə bağladı Ləlin dəhani qönçəni, çeşmin şəqaiqi. Şanə dəyəndə zülfünə könlüm olur xərab, Zülfünlə könlümün budu var aşinaliqi. Yusif üzari-alın ilən məhcəmalının Bir kəmtərin qulamıdı, gər olsa layiqi.
Reklam
Bir zaman qоynunda mən də yaşadım, Sоkakdan-sоkaka səsləndi adım, Bilməm sönəcəkmi səndəki yadım? Bəlkə də, dönəməm sana, əlvida…
Almas İldırım
Almas İldırım
Kədərdəki nəşəni, zövqü anlamayanlar Həyatın nəşəsindən, fərəhindən nə anlar? Hər kədəri səadət, hər sevinci qəm izlər. Əsl könül həm qəmi, həm sevinci əzizlər. Təlatümsüz ürəklər qovuq kimi boş olur. Daim sevinc axtaran daim qəmə tuş olur.
Sayfa 14 - Kitab Klubu MMC - 2017Kitabı okuyor
291 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.