Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Profil
Ah, Şəhriyar, sənin göz yaşlarınla islandı məktublar.
hemzezadeh

hemzezadeh

@hemzezadeh_
·
14 Mayıs 20:16
Məhəmmədhüseyn Şəhriyar-yar qasidi
Sən yarımın qasidisən, Əylən, sənə çay demişəm. Xəyalını göndəribdi, Bəs ki, mən ah-vay demişəm Ax! Gecələr yatmamışam, Mən sənə lay-lay demişəm. Sən yatalı, mən gözümə
Mənə elə baxma... Aşiqlər kimi...
Sayfa 83 - "Vektor" Beynəlxalq Nəşrlər EviKitabı okudu
Reklam
Gözlərim buz tutub, baxışım soyuq, Sözlərim uyuşmur söz sırasına... Qəlbim əsir düşüb özgə əllərə, Kirpiyim göz yaşı sırsırasına... Vaxtım yollarında qurban kəsilib Saat əqrəbindən asılıb dilim. Sənin ürəyində hansı fəsildi? O fəsilə uyğun geyinib gəlim... Sən məndən, Mən isə özümdən uzaq Vaxtdan irəliyik, baxtdan geriyik. Bizə fəsillər də, aylar da yasaq, Oğurluq anların sakinləriyik.
Şeirlərlə dincəlirik.
Yorumda şeir gecəsi var:)
Vəfa Hafiz

Vəfa Hafiz

@VafaPirMurad
·
25 Nisan 13:53
14-155 arası bir ədəd yazın, şeirlənək.🕊️ (səhifə sayına uyğun olaraq)
Sevgi Məktubları
Sevgi Məktubları
Şeirlərə nəfəs olan səsdən, dənizi seyr edərək dinləniləcək şeirlərdən biri daha💙
Vəfa Hafiz

Vəfa Hafiz

@VafaPirMurad
·
24 Nisan 09:58
Çıx qatar yoluna bahar gələndə, Mən sənə çiçəkli bahar göndərim. Vüsal meyvəsindən dada bilmədik, Sənə hər meyvədən nübar göndərim... Çıx qatar yoluna payız olanda, Uçan durnalarla salam yetirim. Çıx qatar yoluna qaş qaralanda, O qərib axşamı, qəmi itirim… Çıx qatar yoluna külək əsəndə, Dağılan saçını darayım sənin. Çıx qatar yoluna, səni itirsəm, Bilim ki, mən harda arayım səni... Çıx qatar yoluna yağış yağanda Başının üstündə çətir tutaram. Çıx qatar yoluna, elə özüm də Mənzilə yetməyən qərib qataram... Çıx qatar yoluna hər axşam, səhər, Çıx qatar yoluna, məni qarşıla. Bəlkə bir ömürlük çəkdi bu səfər, Mən gələ bilmədim, məni bağışla... Baba Vəziroğlu
Bir səhər güzgüdə özünə baxıb, Son dəfə özündən doyub gedəsən. Bu ömrü yarımçıq əlyazma kimi Yazı masasında qoyub gedəsən. Gedəsən, nə dərdin, nə qəmin qala, Səni səadətin çəkə dalınca. Masanın üstündə qələmin qala, Üç nöqtə göz yaşı tökə dalınca.
Sayfa 31 - "Mücrü" nəşriyyatı / 2022Kitabı okudu
Reklam
"Dinlə bu küləyi, bu son küləklə Ömrümə ayrılıq nəfəsi gəlir. Sən o gün qapını elə örtdün ki, İçimdən qapının küt səsi gəlir".
Sayfa 22 - "Mücrü" nəşriyyatı / 2022Kitabı okudu
290 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.