Şəfa Vəli

Poçtalyona Məktub yazarı
Yazar
0.0/10
0 Kişi
3
Okunma
0
Beğeni
37
Görüntülenme

Hakkında

Şəfa Vəli(Vəliyeva Şəfa Elxan qızı) 1988-ci ildə Göyçə mahalının Basarkeçər rayonu Dərə kəndində anadan olub. Azərbaycan Müəllimlər İnstitutunun “İbtidai təhsilin pedaqogikası və metodikası” fakültəsini bitirib (2005-2009). “Buta-II” “Regionlardakı yazar qadınlarla görüş” seminarının (2012) və DGTYB-nin təşkil etdiyi “Regionlardakı gənc yazarların Bakı görüşü” adlı festivalın (2013, 2014), DGTYB-nin “Ədəbiyyat, təsviri sənət, musiqi və gənclik” layihəsinin iştirakçısıdır. 1-4 may 2014-cü ildə Eskişəhrdə keçirilən “Yunus Əmrə buluşması” elmi simpoziumunun iştirakçısıdır. “Gənc qələm sahibləri-2014” layihəsində “Ən adi şəkil…” hekayəsi ilə qaliblərdən biri olub. AYB-nin nəzdində fəaliyyət göstərən “Gənc ədiblər məktəbi-2”nin dinləyicisi olub (2013-2015).Azərbaycan Yazıçılar Birliyinin (2014) və Dünya Gənc Türk Yazarlar Birliyinin (2014) üzvüdür. Prezident təqaüdçüsüdür. Gənclər və İdman Nazirliyinin “İlin gənci” mükafatına layiq görülüb (2016). İki kitab- “Ümiddən olan qurbanlar” (esse və hekayələr, 2009), “Poçtalyona məktub” (şeirlər, 2017) kitablarının müəllifidir. “525-ci qəzet”in 20 Yanvar şəhidi, şair Ülvi Bünyadzadənin anadan olmasının 50 illiyi münasibətilə vətənpərvərlik mövzusunda keçirdiyi “Ülvi Bünyadzadə-50” şeir və esse müsabiqəsində “Anamın boyat dərdi” essesi ilə qalib olub (2019).
Tam adı:
Yazar, Şair
Unvan:
Şəfa Elxan qızı Vəliyeva
Doğum:
1988

Okurlar

3 okur okudu.
Reklam

Sözler ve Alıntılar

Tümünü Gör
Poçtalyona məktub.
Qaytar mənim məktubumu, Aparma yara, poçtalyon. Qırma yarın ürəyini, Eyləmə para, poçtalyon. Dəyişik sal o ünvanı, Başqa qapını silkələ. O ağlayaraq oxuyar, Başqaları gülə-gülə. Qaytar geri günahımı, Savabın da qoy bu olsun... Girmə mənim günahıma, Qıyma ki, gözləri dolsun. Qaytar geri məktubumu... Gəldiyi ünvana göndər... Vallah, ağladacaq onu, Titrəyəcək açan əllər.
Məni məndən yaxşı bilən, Məni harda unutmusan? Mənsiz gülməyi öyrənən, Məni yaman ağlatmısan...
Sayfa 159 - "Vektor" Beynəlxalq Nəşrlər EviKitabı okudu
Reklam
Mən də onda gözəl idim, Seviləsiydi gözlərim... Sən məni yaman sevirdin, Deyiləsiydi sözlərin. O qədər həsəd vardı ki... “Taylı tayını tapmışdı”. Əllərim telefondakı Simvollarla dostlaşmışdı. Zənglər, mesaj, sevinməklər Xoşbəxtliyin ölçüsüydü. O inciməklə, küsməklə, Mən yaman döyüləsiydim. Biz “uyğun bir cütlük” idik, Qara oğlan, qaraca qız... İllər sonra biləcəkdik, Qara yazılmış yazımız...
Gözündəki o qəmdə mən, Barmağında yad üzüyü... Ömründəki tək qəm də mən, Adım sözünün bəzəyi...
Henüz kayıt yok

Yorumlar ve İncelemeler

Tümünü Gör
Reklam
Henüz kayıt yok