Bu sualla bağlı İmam Sadiqin (ə) hədislərində belə bir açıqlama vardır:
“Yeri tük və yundan döşənmiş məsciddə namaz qılmağın maneəsi yoxdur. Әgər namaz qılan şəxsin alnı yer üzərinə dəyirsə.”
Bir hədisdə belə nəql edilir:
“Peyğəmbər (s) görür ki, bir nəfər (qumun istiliyi alnını yandırmasın deyə, əmmaməsini alnının üstünə çəkərək) əmmaməsinin üzərinə səcdə edir. Peyğəmbər (s) əli ilə həmin şəxsə əmmaməsini qaldırmağı işarə edir və əmr edir ki, alnını yer üzərinə qoysun.”
“Səhih Buxari”də qeyd edilmiş bir hədisdə Әbu Səid əl-Xidri belə deyir:
“(Namazdan sonra) gözlərim Peyğəmbərə (s) sataşdı onun burnunda su ilə torpaq izləri görünürdü.”