O dəniz üfüqdə mavi göylə qaynayıb qarışırdı. Sakit dənizin üstündə ağ qağayılar uçurdu. Həmin dənizin sahilindəki qara qayalar başında diş-diş qala hasarları olan bir şəhər o maviliyə qarışmışdı. Hər səhər bu şəhəri qızıl qübbəli məbədlərdə çalınan zəng səsləri oyadırdı.