Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Profil
Vəhdət üçün lazımi qədər çalışmalıyıq.
Təbii şəkildə vəhdəti pozan bəzi amillər mövcuddur: milli fərqlər, məzhəb və tayfa fərqləri, siyasi fərqlər. Onlara qarşı mübarizə aparmaq lazımdır.
Hamılıqla Allahın ipinə sarılın
Quran buyurur ki, hamılıqla Allahın ipinə sarılın. Burada deyilən "hamı" eyni səviyyədə deyillər; bəzilərinin imanı güclüdür, bəzilərinki zəifdir, bəzilərinin əməli daha yaxşıdır, bəzilərinki orta həddədir. Eyni zamanda Allah-Taala hamıya müraciətlə deyir ki, hamılıqla Allahın ipinə sarılın, bu işi birgə görün. Sən deyirsən ki, mən təklikdə Allahın ipinə sarıldım, amma o birisi sarılmadı; o da deyəcək ki, mən də təklikdə Allahın ipinə sarıldım. Belə olmaz. Bir-birinizə dözün. Təməl prinsiplər var, əsas məsələlər var. Əsas budur ki, bu prinsiplərdə yekdil olaq. İnsanların ikinci dərəcəli olan yüz məsələdə bir-biri ilə fikir ayrılığının olması mümkündür; bunun birliklə və birləşməklə ziddiyyəti yoxdur. Bunlar meyar olmalıdır.