y

Yazdıklarım

3 üye
Takip
Gün davam edirdi...Zaman bəzi saatlarda donub qalmışdı...Bu düşüncələrin fırtınası idi axı...Cavabı olmayan sualların təkrarlanması...İnsan nəyi anlamağa çalışan varlıq idi ? Qəlbinin dərinliyində olan o işığı qaranlığa çevirəndə insan deyildimi ?Yola davam edirsən hara gedəcəyini bilmədən, danışırsan harda susmalı olduğunu bilmədən...Bəzən də ən çox danışmaq istədiyin zaman susmağı seçirsən...İnsan dediyin necə də anlaşılmazdır...
Qaranlıq havada ay göyüzündə parlayır… Ümidlərin insanın qəlbinin ən dərin köşəsində işıq saçdığı kimi… Bəzən zehnində susmaq bilməyən səsləri dinləmirdi. Ən olmaz dediyi nəyinsə, Rəbbinə dua etdiyi zaman gerçək olacağına inanırdı həmişə. Təsadüfləri sevən bir qızdır… Dualarının qəbulu ən gözləmədiyi zaman, axarında olur. Bu hiss o qədər tərif edilə bilməyəcək qədər özəldir ki, sevinc insanın bütün ruhunu əhatə edirdi. İnam olması başqadır… Allaha güvənmək və dua etmək… Şükür etmək… Dünyanın son olacaq zamanında, ən saf halı ilə duaların qəbul olacağına inanmış olması… Buludların maviliyində göyüzünə baxaraq, səmimi və içdən duaları… Sadəliyin mürəkkəb halına bürünmüş, sıradanlıqdan uzaq olmaq…
Reklam
İnsan sevgi hissini bilməlidir.Duyğulardan ən gözəli ola bilər, axı...Sevdiyin kitabı yaşıllıqda oturub oxuyarkən, o an içində yaranan hüzur başqadır.Sonralar o kitabın səhifələrini çevirdikdə ən gözəl cümlələri xətlədiyini görürsən - həm kədərləndirən, həm də sevindirən cümlələr...Sevgidə belədir insana müxtəlif duyğuları yaşadır.Qəlbin aynası gözlərdir, sevilən birinin gözlərində o parıltını görmək mümkündür.Ağac kölgəsini, yağış damlalarını, gün batımını seyr etmək - ah, bütün bunlarda könlü sevgi ilə dolu insanın duyğuları deyilmi ?Sevgi anlayışı,hüzuru, səmimiyyəti yarada biləcək, nifrəti belə yox edə biləcək qüvvətli bir duyğudur....🫠💚
Sən demə, qocalmısan...Düşüncələrin sənin yaşının tamamilə uzağında...Mən dəhşətə gəlirəm...Sənin dünyan fərqli, beynində daşıyırdın müxtəlif anlamları.Bir ağ vərəqin səhifəsi qədər təmiz olan - qələm sənin əlində olmuşdu, yazdığın hər söz yaddaşımda gənc qalmışdı.... Bütün varlıqlardan kənarda qalmış hansı yaddaşına həkk edirdin,susduğun anları ?

Yazdıklarım Konusuna Benzer öneriler

Öykü
Öykü297 üye · 7 yeni gönderi
Takip
Şiir
Şiir25,3bin üye · 2.417 yeni gönderi
Takip
h
Hayatın Acımasızlığı1 üye · 2 yeni gönderi
Takip
Oxuduğu kitablarda nələr axtarırdı? Kitabın hər səhifəsində onun ruhunu yansıdan cümlələri xətləməsi... Qəlbinin dərinliyində olan hissləri şeir misralarında axtarmağı... Danışmaqdansa yazmağı sevən qız idi... Onun qələmindən olan yazılar, sözlərin yan-yana düzülüşü deyildi... Dəyişkən ruh halını, təəssüratlarını yazmağa çalışırdı... Mirvarilər kimi sətirləridə incəliklə yazmaq istəyi var idi... Bacarırdı görəsən? Kitabların ona bəxş etdiyi cümlələri və düşüncələrindən yaranan yazıları... Yazmaq onun hüzurlu anı idi... Soyuq dolu bir havada gəzən qızın gözyaşlarını ifadə edə biləcək qədər təsirli duyğularla yazılmış sətirlərə bənzəyirdi... Oxuduqca ruhunu isidən cümlələri...
Reklam