Bir səhər çağı İmam Zaman (ə.f) dilindən belə bir münacat eşitdim:
İlahi! Bizim şiələrimiz bizim nurumuzdan və bizim torpağımızın qalığından yaranmışlar. Onlar bizə və bizim rəhbərliyimizə olan məhəbbətlərinə arxayın olaraq bir çox günahlara düçar olmuşlar. Əgər onların günahları Sənə qarşı olubsa, onları bağışla ki, bununla bizi razı salmış olarsan. Yox, əgər düçar olduqları günahları ilə özlərinə zülm ediblərsə, onda onları islah et və əvəzini bizim payımız olan xümsdən çıx (beləliklə, Həzrət xümsdən olan öz şəxsi payını şiələrinə görə fəda etmişdir), onları cəhənnəm əzabından saxla və düşmənlərimizlə birgə əzab və qəzəbinə düçar etmə!
Çətin anlarda onu çağıraraq belə deyin: “Ey mövlam, ey Sahibəzzaman! Sənə pənah gətirmişəm.” Seyyid ibn Tavus deyir: “Nə vaxt şiddətli narahatçılığa düçar olsan, yolu azsan, Həzrəti (ə) həmin adla (Ya Əbu Saleh deyərək) köməyə çağır.”