Millət necə tarac olur olsun, nə işim var?
Düşmənlərə möhtac olur olsun, nə işim var?
Qoy mən tox olum, özgələr ilə nədi karım?
Dünyavü cahan ac olur olsun, nə işim var?
Səs salma, yatanlar ayılar, qoy hələ yatsın,
Yatmışları razı deyiləm kimsə oyatsın,
Tək-tək ayılan varsa da, haq dadına çatsın!
Mən salim olum, cümlə cahan batsa da, batsın,
Millət necə tarac olur olsun, nə işim var?
Düşmənlərə möhtac olur olsun, nə işim var?