Leyla

Leyla
@leilamammad
fəlsəfə
3 reader point
Joined on April 2023
Həmişə tez qırıb atan insan kimi görünürəm,dəyərsizlik,yalan üzərinə qurulmuş hərşeyin sonu heçlikdir.Dəyər verdiyim insanlar azdır və onlara nə qədər dəyər verdiklərimi bilirlər,amma ilk səhvdə hərşeyi bitirirəm çünkü birşeyin ilki onun ikinci dəfə yaşanmasını təmin edir.Bir insanı nə qədər sevsəmdə,çox istəsəmdə o insan səhv edirsə onu həyatımdan həmin an çıxarıram.Acımı,ona olan sevgimi içimdə yaşıyıb bitirirəm amma birdə əsla onu həyatıma qaytarmıram,bu hər münasibət üçün keçərlidir.İkinci şansı heçkimə vermək lazım deyil,çünkü insanlar dəyişmir,ya da ən azı mən vermirəm və tez də unuduram o insanı bilmirəm bəlkə buna qəddarlıq deyiləcək bəlkə duyğusuzluq amma məndə olan ən gözəl xüsusiyətdir deyə düşünürəm.Çünkü insanlar birini çox istəyəndə o insan nə qədər yalnış etsədə sırf sevgisinə görə onu həyatından çıxarmır.Unutmayaq dəyərsizlik hər pis şeyin başlanğıcıdır.
Reklam
bəzən yaşamadığım anların,heç getmədiyim yerlərin,heç incinmədiklərimin ağrısını çəkirəm,nə demək istədiyimi bu hissə sahib olanlar anlaya bilər,o gün batımı ilə axşam işıqlarının sevişdiyi saatlarda burnuma gələn o uşaqlığımdakı qoxu məni aparır heç olmadığım bir mənə ağlımda bəzi çox sevdiyim musiqilər,indi tam da bu an bu saniyə bu salisədə bəzi illərin bəzi anlarında həmin o insanlarla varolmaq istəyi..varoluşun tanımı bu olmalıydı məncə,istədiyin anda varola bilmək,sancıları unutduracaq o varoluş.
Notlar
Mənim maraqlarım çox hallarda insanlarla üst üstə düşmür,hamının bəyənib sevdiyi şeylər zövqümcə deyil,həqiqətəndə bu belədir həmişə ən gözəl və fərqli şeylər məndə xoş hisslər oyadır.Ona görədə bu qısa bilgiləndirmədən belə nəticəyə gəlmək olar ki heçkim vazkeçilməz deyil dünyamda,biz (bəzi insanlar:)) ən sevdiyimiz insanlardan sevə sevə getmiş insanlarıq,ya da ən azı mən eləyəm.Fərq etmir ki həyatımda hansı roldasınız o rolu mən verdiyim yerə qədər oynaya bilərsiz.Bəzi istisna şeylər və insanların yoxlugunun yeri qala bilər oda istisna məntiqi bir iki şeyi keçmədiyi üçün belə nəticə çıxaraq ki çox insanı mən bilərəkdən həyatımdan çıxarıram fərq etmir istər ailə istər şəxsi münasibətlər,qəddar yaxud tez qırıb atan biri kimi görünə bilərəm düz görünür eləyəm,bariz və ciddi şeylər sonun sonluğu rolunu oynayır.

Reader Follow Recommendations

See All
“aşk mı kaderi kovalar kadermi aşkı,daha kimseler çözemedi bu bilmeceyi”
sana yolculuk yapmak istiyorum, kes yüreğine giden bir bilet,cam kenarı olmasın.
Reklam
Reklam
38 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.