Ürəyimizə çox doğma olan xatirələr silindiyitək Frenk haqda xatirələr də getdikcə yaddaşdan silinirdi. Zamanla beynimiz deyil, ruhumuz şəfa tapır və yaralar sağalır.
Bazı hikâyeler tam tahmin ettiğin gibi ilerler. Bazılarıysa son sayfada tüm bildiklerini sorgulatır. 🤯
Ters köşeleri seviyorsan, seni sonuna kadar merakta bırakacak 3 kitap önerisini keşfetmeye hazır ol!
Bir quş haqqında əfsanədə deyilir… Bütün ömrü boyu yalnız bir dəfə oxuyan quşun səsi Yer üzünün ən gözəl, ən təsirli ifası olur. Günlərin bir günü o öz yuvasını tərk edir və tikanlı kol axtarışına çıxaraq onu tapana qədər sakitləşmir. Kolların arasında şərqisini deyə-deyə sinəsini ən uzun, ən iti tikana batırır və ölüm şərqisini daha böyük əzabla ifa etməyə davam edir. Tikan ürəyini parça-parça etsə də, ağrısına qalib gələrək, ölüm ayağında torağay quşundan, bülbüldən belə, gözəl oxuyur. Yer üzünün yeganə şahanə nəğməsi ölüm bahasına başa gəlir. Amma həmin an bütün dünya nəfəsini saxlayaraq sükuta qərq olur və Tanrı da göylərdə gülümsəyir. Belə çıxır ki, ən gözəl şeylər yalnız böyük iztirablar bahasına başa gəlir… Hər halda, əfsanə belə söyləyir…
Orta əsrlərdə ona şeytan deyərdilər; halbuki o, məbədin qəlbi idi. Kvazimodo o dərəcədə bu məbədin qəlbi idi ki,həqiqətən, onun yaşadığını bilən hər kəs bu gun Notr-Dam kilsəsini kimsəsiz, ruhsuz və ölü görür; onlar buradan bir şeyin yox olduğunu hiss edirlər.