Ləman Ulduz

Ləman Ulduz
@leman_ishiq
Mühasib olmaq istəməyən bir yazıçıyam.
Azerbaijan State University of Economics
28 Haziran 2005
46 okur puanı
Ağustos 2024 tarihinde katıldı
Özüm haqqımda uzun bir "məqalə".
Buralarda yox idim. :') Düzünü desəm, çox yorğun hiss edirəm. Amma bir məqsədim var mənim. Özümə gəlmək. Yaxşı, bəzən düşünürəm ki, pul, sevgi, ailə boş şeydir. Çünki nə qədər ağıllı olursan, ol, nə qədər varlı da olsan, kasıb da olsan, axmaq da olsan, əvvəl axır öləcəksən. Bu düşüncə ilə bir boşluğun içində idim. Özümlə bir müharibədə idim. Qalib olan isə... heç kəs. Çünki anlamağa başlayıram ki, ölümüm boşuna olmamalıdır. Bir məqsədim var. Amma bu çox şaxəli və böyük bir məqsəddir. Özümü çox şeydə sınamaq istədiyim, mənə maraqlı gələn hər şeyi yoxlamaq kimi nəzərdə tutduğum şeydir. Məsələn, gitara çalmaq, kiçik bir biznes açıb oranı işlətmək, origami - kağız qatlama sənəti ilə bağlı bir masterklass təşkil etmək, səsli kitab kanalı açmaq, yazıçı olmaq, saçımı istədiyim kimi kəsmək və sairə...və sairə... Çox dəxlisiz gəldi bunlar, bilirəm. Gerçəkləşdirməsi isə çətindir, çünki əgər ailəmi bir dövlət kimi təsvir etsəydim, deyərdim ki, kommunism və diktatorluğun baş aldığı bir dövlətin vətəndaşıyam. Hər istədiyimi edə bilmədiyim üçün çox çətin və çox dolu bir istəkdir... Amma anlayıram. Anlayıram ki, həyatın boyunca hər kəs sənin yanında olacaq deyə bir şey də yoxdur. Səni səndən başqa heç kəs anlamayacaq. Doğmaların belə. Bu çox şaxəli məqsədimi gerçəkləşdirmədən... bu həyatdan getmək istəmirəm... Həqiqi anlamda öz adımın mənası qədər parıldamaq istəyirəm... Və... yaxşılığımı istəyən bir nəfərin də dediyi kimi... parıltım süni olmamalıdır.
İkinci fəsil.
"İçimdəki Kəpənək" romanının ikinci fəslində düzəlişlər etdim. Oxuyub dəstək olmağı və fikir bildirməyi unutmayın ❤️
Wattpad.
"İçimdəki Kəpənək" romanının ilk fəslini Wattpad tətbiqində paylaşdım. Wattpad hesabı olanlar, səhifəmi izləməyi və hekayəmi oxuyub fikir bildirməyi və dəstək olmağı unutmayın. İndidən çox sağ olun ❤️✨
100 NƏFƏR.
"İçimdəki Kəpənək" romanının birinci fəslini 100 nəfər oxudu. 🥹🤩 Bilirəm, bu balaca ədəd kimi görünə bilər, amma mənim üçün elə deyil. Oxuma sayı 100-dür, yəni 100 nəfər insan hekayənin birinci fəslindən xəbərdardır. Sizin hər birinizə təşəkkür edirəm, dəstəyinizə görə minnətdaram. ❤️ Ümid edirəm ki, təkcə birinci fəsil yox, növbəti fəsillər də daha çox oxucu tərəfindən oxunar və bilinər. 100 yox, 1000-lərlə, 10000-lərlə və daha artıq oxucu sayına çatması ümidi ilə. Təşəkkürlər ❤️❤️❤️
Wattpad.
Artıq Wattpad-də aktivəm. Dəstəyinizi gözləyirəm ❤️