İki dəfə başlayıb yarım qoymuşdum bu kitabı, üçüncü nəfərin ağzından yazıldığı üçün. Bu dəfə oxuyacağımı hiss etdim və oxudum. Başları yavan idi, bəzən sıxılırdım. Amma ortadan etibarən.. Nesta'nın yaşadıqlarını, savaşdıqlarını anlamaq mənim üçün çox çətin idi. Bəzən kitabın içinə girib onu qucaqlamaq istədim.
Onu, onları çox sevirəm. Ailəm kimi. Bəzən bəlkə də heçvaxt sahib ola bilməyəcəyim ailəm onlarmış kimi hiss edirəm. Xoşbəxt olduqları üçün çox xoşbəxtəm.
Nesta, Gwyn və Emerie'nin dostluqları da tam ehtiyacım olan şeymiş kimi düşünürəm, seçilmiş ailə.