Ruhumuzdan tökülən nəğmələr kimi,
Dəyərli, dadlı-duzlu kəlmələr kimi
Ulduzların əriyib üzüldüyünü,
Göylərin süzgəcindən süzüldüyünü.
Gördülər dan yerinin söküldüyünü.
Qaranlığın əriyib töküldüyünü,
Artıq hamı: – Gedəlim, yetər! – deyirdi,
Günəşin dodaqları gülümsəyirdi.