Madina MacKenzie

Madina MacKenzie
@m1adina
Учительница
Бакинский Славянский Университет
Азербайджан
Азербайджан/Габала, 28 June 2001
24 reader point
Joined on August 2021
Şu anda okuduğu kitap
236 syf.
·
Not rated
·
Liked
·
Read in 23 days
Hər kəsə tövsiyyə edə bilməyəcəyim bir əsər...Nəyə görə çünki elə də axıcı deyil qarışıqdır. Anlamaq üçün kitabı sona kimi diqqətlə oxuyub analiz etmək lazımdır. Kitabı oxumağa başlamaq səbəbim onun mövzusu oldu. Ancaq yarı hissəyə qədər mən heçnə anlamırdım. Dili çox çətin idi, dialoqların bir biri ilə iç içə qarışıq şəkildə olması insanı yorur. Son səhifələri oxuyana qədər kitab haqqında tək yaxşı düşüncəm mövzusu idi. Yazıçı burada ölümün yox olması üzərindən din və siyasət mövzularına toxunur. Saramago sözünü birbaşa deməkdən çəkinməyən biri olmuşdur və əsərlərində də bunu görürürük. Bunun üçün həmişə həyatında problemlər yaşayıb. Ölümdən əvvəl və ölüm dayanandan sonrakı həyat arasında kəskin dəyişikliklər yaşandı ancaq eyni zamanda dəyişməyən şeylər də oldu; dövlətin ədalətsizliyi, insanların ikiüzlülüyü, dinin insanları oyuncaq etməsi və s. Ölümün dayanması insanları sevindirsə də hər sahəyə mənfi təsir etdi birincisi din verilən suallara cavab tapa bilmirdi, kilsə gücünü itirirdi, xəstəxanalara, apteklərə artıq ehtiyac yox idi.Belə olan halda da dünyada hərşey alt üst idi. Sonda bütün kitabı gözdən keçirdikdə belə bir sual yaranır, " sevgi ölümü yox edir yoxsa ölümsüzləşdirir? " Saramago deyir "ən böyük çevriliş sevgidir". Deməli sevgi ortaya çıxanda ölüm işi saxlayır. Oxuyacaq olanlara xoş mütaliələr.
Ölüm Bir Varmış Bir Yokmuş
Ölüm Bir Varmış Bir YokmuşJosé Saramago · Kırmızı Kedi Yayınevi · 202012k okunma
Reklam
464 syf.
10/10 puan verdi
·
Liked
·
Read in 27 days
Qəşəng dostumun hədiyyə etdiyi “Bel Ami” yazarla tanışlıq kitabım oldu. Başlayanda dostluqla bağlı əsər olduğunu düşünürdüm.Ancaq tam olaraq belə demək olmaz.Bu əsərdən bir çox dərs çıxarmaq olar. Əsərə “Gözəlliyə aldanan insanların faciəsi” , “Pul ugruna alçalan insan” , və ya ən yaxşısı “Nankor dost” demək daha uyğun olardı. Əsərin baş qəhramanı olduqca qəddar, ikiüzlü, nankor, manipulativ, pul üçün hər şeydən keçən bir insandır. Ona çətin vaxtlarında dəstək olanları özü müəyyən səviyyəyə çatdığı vaxt yada salmır. Qadınları özünə bağlayıb, onların saf məhəbbət hisslərindən istifadə edir. Jorj hər nə qədər mənsəb sahibi olsa da sevgisiz və şükürsüz idi. Sevgisiz daş qəlbli olması da onun faciəsi idi. Əsərin Jorjun ölümü və ya başqa bir hadisə ilə bitməsini gözləyirdim. Onun etdikləri cəzasız qalmamalı idi. Hər nə qədər insanı hövsələdən çıxarsa da kitab olduqca maraqlı irəliləyir, hər kəsə tövsiyyə edirəm. Əsərin əsasında film də çəkilib.Düşünürəm ki, kitab daha maraqlıdır. Filmi isə o qədər də bəyənmədim. Xoş mütaliələr.
Qəşəng Dost
Qəşəng DostGuy de Maupassant · Teas Press Nəşriyyatı · 2023624 okunma
392 syf.
10/10 puan verdi
Son zamanlar psixologiya ilə bağlı əsərlər diqqətimi çəkir buna görə də Yalomun kitabını oxumağa başladım.Burada 6 hekayədən danışılır bəziləri ağır hekayələrdir.Həyat yoldaşını itirmiş bir qadının yenidən həyata bağlanması, terapist ilə munasibətləri,aralarındakı dialoqlar onların fikir ayrılıqları,pasiyentin inadkarlığı, terapistin səbirli,təmkinli davranışı hamısı insanın bütün fikrini əsərə cəlb edir və maraqda saxlayır.Əsərdəki pasiyentlərin problemləri real həyatda əksər insanların yaşadıqlarıdır.Kimi bunlara diqqət edir kimi isə üstündən keçir.Ancaq yuxularımız,problemlərimiz,sıxıntılarımız bunların hamısının üzərində dayanmalı və onları aşmalıyıq. Hekayələrin arxasında həyat və ölüm düşüncəsinin olması mənim üçün bu kitabı daha da cəlbedici etdi.Sonda Macar Pişiyi ilə olan seans ən düşündürücü hissələrdən biri idi.Burada reinkarnasiya,yaşam,ölümü qəbullanma,həyatdan zövq almaq və digər məsələlərə toxunulur. Olduqca öyrədici və fərqindəlik yaradan bir kitabdır.Oxuyacaq olanlara xoş mütaliələr…
Anam və Həyatın Mənası
Anam və Həyatın MənasıIrvin D. Yalom · Parlaq İmzalar Nəşriyyatı · 20201,971 okunma

Reader Follow Recommendations

See All
152 syf.
10/10 puan verdi
·
Liked
·
Read in 3 days
Emosiyalar” Oshonun oxuduğum üçüncü kitabıdır.Onun cümlələri,fikirləri çox şey ifadə edir.Özümüzü tapmağa,özümüzlə barışıq olmağa kömək edir.Qorxudan qorxmamağı,sevgini yaşamağı,hiss etməyi öyrədir.Uzun müddətdir ki,meditasiyaya necə və hardan başlayacağımı bilmirdim,düşünürəm artıq bir qədər məlumatım var.Oshodan sevgi haqqında fikirlər də öyrəndim,sən demə mən hech sevgi yaşamamışam və ya yaşadığımı düşünmüşəm bəlkə də həmin vaxtkı hiss,düşüncələrim üçün normal idi?Və bu kimi daha çox fərqindəliklər yaşadım.İndi isə sırada Oshonun digər kitablarını oxumaq var…
Emosiyalar
EmosiyalarOsho · Qanun Nəşriyyatı · 2015783 okunma
264 syf.
10/10 puan verdi
·
Liked
·
Read in 9 days
Kiçik dəyişikliklər,böyük nəticələr.
Kitabla tanışlığım keçən ilin sonlarında olsa da,yeni ilin ilk ayı oxumağa qərar verdim,kitabda da yazıldığı kimi yeni qərarlar vermək üçün münasib vaxtdır.Bu adı ilə bütünləşmiş bir kitabdır.Beynində bir sual yaranır və dərhal sonrakı sətirlərdə və ya səhifədə yazıçı həmin sualı cavablayır.Oxuduqca özümə plan hazırladım,gündəlik tutdum,yeni vərdişlər qazandım ən önəmlisi məndə davamlılıq yarandı,bəzi şeyləri dərindən düşündüm.Minnətdarlıq termini həyatıma daxil oldu.Ən dibdə hiss etdiyim,ən çətin zamanda özümü toparlamağa,yeni rituallar yaratmağıma təkan verdi. Kitabı bitirməyimə baxmayaraq hər zaman masamın üzərində olacaq.
Atomik Vərdişlər
Atomik VərdişlərJames Clear · Qanun Nəşriyyatı · 202111k okunma
Reklam