Onlar üçün nə musiqi var idi, nə film mədəniyyəti, nə rəssamlıq, nə kitab, nə fəlsəfə. O bilirdi ki, əhatəsindəkiləri ancaq pul, yemək, qadın və binalar maraqlandırırdı. Pullarına ancaq şadlıq sarayları tikdirir və müğənnilərə bahalı hədiyyələr edirdilər. Amma nə bir kitabın çapında, nə bir teatrın təmirində, nə bir məktəbin açılışında bu pəzəvənglərdən bir şey gözləmək olmazdı.