Mammedzade İlkin

Mammedzade İlkin
Azərbaycan Turizm və Menecment Universiteti
128 okur puanı
Nisan 2020 tarihinde katıldı
9/10
·424 syf.··
Beğendi
·
2026 5. kitabı
·
8 günde okudu
·
Okunma: 23 Nisan 2026 21:08
Nə deyim, nə yazım, açığı bilmirəm. Uzun müddətdən sonra oxuduğum ilk əsərdir. Üstəlik, bu əsərin müəllifi mənim həmvətənimdir. Elə bir süjet xətti var ki, insanı psixoloji olaraq öz travmaları ilə üz-üzə qoyur; bəlkə də həmin travmaları yenidən oyadır. Relslər üzərində uzanıb ölümü gözləmək… Sanki qəhrəmanlar həyatla ölüm arasında seçim etməkdə aciz qalırlar. Kitabı bəyəndimmi? Bəli, bəyəndim. Ortalamanın üzərində, düşündürən və təsir buraxan bir əsər idi.
İnsan ve Duygular
Relslər Üzərinə Uzanmış AdamRövşen Abdullaoğlu · Qədim Qala · 20201,802 okunma
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
2024-ə əla başladıq.
10/10
·159 syf.··
Beğendi
·
2024 1. kitabı
·
21 günde okudu
·
Okunma: 01 Şubat 2024 01:25
2024-ə təsadüfi olaraq seçdiyim bir kitabla başladım. Və nə yaxşı ki, bu kitabı seçmişəm. Ümumi qeyz edim ki, kitab çox axıcıdır. Yazarın həyatından bəhs edilir (öz dilindən). Favori yazıçılarım və kitablarım arasına xoş gəldin Osamu Dazai - İnsanlığımı Yitirirken.
İnsanlığımı YitirirkenOsamu Dazai · Tokyo Manga · 202360,1bin okunma
8/10
·332 syf.··
2022 35. kitabı
·
3 günde okudu
·
Okunma: 10 Kasım 2022 20:08
Deməli 35/35 oxuma hədəfimi bu kitabla bitirdim. İmtahanlarım başlayır deyə normal olaraq az mütaliə edə bildim. Elxan Elatlı normalda oxumurdum mən, ancaq məsləhət və inad nəticəsiylə birdə ilk oxuduğum kitabının hədiyyə olmasıyla başlamışdım. Oxuduğum kitablardan spoiler verməyi qətiyyən sevmirəm deyə yazıçı barədə danışmaq istəyirəm. Elxan Elatlı dedektiv janrını mənə görə yazmağı, süjet xəttinin ardıcıllığını qoruyaraq yazmağı bacaran nadir dedektiv yazarlardandır. Süprizləridə bol. Ancaq bu məsələlər Çingiz Abdullayevin dedektiv janr'ın Şahı olduğu reallığına kölgə belə salmır.)
On Dördüncü AdamElhan Elatlı · Teas Press Yayınları · 20241,198 okunma
9/10
·383 syf.··
2022 3. kitabı
·
69 günde okudu
·
Okunma: 15 Nisan 2022 22:28
"Əgər hiss eləsən ki, heç nəyi qoruya bilməsən də, insan kimi qalmağı bacarırsan, artıq onları məğlubiyyətə uğratmış olursan." deyə yazıb Orwell. Və mən nə vaxt Vicdanımdan yorulsam özümə daim bu cümləni xatırladacam. Gələk kitaba.. Baxmayın adının 1984 olmasına, əsər distopik bir dünyada ki qadağalardan bəhs edir. Əsərin bu dərəcədə maraqlı edən səbəbə gəlsək qadağaların çoxluğundan bəhs edə bilərik. İnsanların düşünməyə belə qorxduğu bir dövr.. Qaldı ki, bu gedişlə bizim dünyamızda o həddə çatmağa doğru gedir. Fikirpolisləri, Teleekranlar, Antiseks partiyaları və.s Nəhayət ki, bu əsəri 2 il sonra aldım və aylarla gözlətdikdən sonra oxuyub bitirə bildim:). Orwell' a uzaq görənliyi və belə üst səviyyə bir əsər yazdığı üçündə təşəkkürlər.
1984George Orwell · Can Yayınları · 2023200bin okunma
Sen Cesur Bir Delikanlısın Bızdık..
9/10
·184 syf.··
2022 1. kitabı
·
18 günde okudu
·
Okunma: 17 Şubat 2022 15:59
·
Zezé, dostum.. Səni necə tanıdım bilmirəm sənlə tanış olmayanlara. Düşüncələri və qəlbi böyük, özü kiçik olan dostum. Haqqı olan uşaqlığını yaşadıqda şiddət görən dostum. Mənə uşaqlığımı xatırlatdığın üçün çox sağol. Bəzi kitablar vardır son səhifəsinə qədər oxuyub rəfə yerləşdirərik, amma bu əsər tamam fərqlidir. Son cümləni oxuyub bitirdikdən sonra boğaza düyüm olar bütün cümlələr. Fikrin qalar Zezé' nin yanında. Birgün dostum, göyüzünə, Portuga'la yenidən görüşəcən dostum. Uzun zaman sonra məni təsirində saxlayan bir əsər oldu. Uşaqlığımı xatırladan, insanın xəyallarının öldüyü gün həyat eşqinin öldüyünü bir daha anladım. Birgün hərkəsin öz Portugasını tapması diləyi ilə. Bir gün yenidən görüşmək diləyi ilə dostum Zezé...
Edebiyat
Şeker PortakalıJosé Mauro de Vasconcelos · Can Yayınları · 2022275,1bin okunma