- Gedərkən yadındadırmı... O deyirdi ki, sən hamısını unut... O deyirdi ki, mən onu həmişə sevəcəyəm, amma qoy o azad qalsın. Doğrudan da, bu gözəl şey deyilmi? Alicənablıq deyilmi? Hə, hə? Lap alicənablıqdır! Hə? - deyə Nataşa elə ciddiyyət və həyəcanla soruşurdu ki, elə bil indi dediyi bu sözləri o bir zaman ağlaya - ağlaya söyləmişdi.