Conatan Livingston

Conatan Livingston
@marti_conatan
Bir gün Allah bizdən üzr istəyəcək Bir gün həyatın gətirdiyi oyunlar, hər gün yeni düyünü açmaq çabası keçidlər yeni sevgilər üsyanlar göz yaşları çörək savaşları batmayıb ayaqda qalmaq, yaşamaq və yaşatmaq qovğası intiqam almaq ehtirası ala bilməməyin yası artıq dözülməz olanda tək və gücsüz uzananda qəsəbə səkilərində Allah üzr istəyəcək bizdən Bağışla -deyəcək, qızım bağışla ki, sənə yaxşı tale vermədim təəssüflər içində keçir ömrün bağışla, mənim balam -deyib hönkürəcək Mən onu başa düşəcəyəm, qolumu qaldırıb sarılacağam boynuna üç dəfə yüngülcə kürəyinə vuracağam əlimlə eybi yox, deyəcəyəm, Eybi yoxdur
Tatil planı hazırsa sıra okuma listenizde!
Bu yaz yanınızdan ayırmak istemeyeceğiniz kitapları sizin için bir araya getirdik. 💬 Siz olsanız bu listeden hangisiyle başlardınız?
Kəsib tullayasan qollarını da, Yetim saxlayasan qucaqlarını... Biryolluq hamıdan çıxıb gedəsən, Bir it qucaqlaya ayaqlarını... Ay ağac, yazıqsan – qış ağacısan, Bu bekar torpağın boş ağacısan, Bilsəydim anamın baş ağacısan, O vaxt sındırmazdım budaqlarını... Qırmızı kəndirdə boynun dincələ, Ölüm də gələndə gülərüz gələ, Bir gün uzağlardan bir payız gələ, Deyə ki, qaytarın yarpaqlarımı!..
İndi mənim başıma Od ələnən yaşımdı Söykənib bir divara Güllələnən yaşımdı. Sərxoş oyanmalıyam Özgə yataqlarında Özümü asmalıyam Otel otaqlarında Bir sevgili uduzub Dost itirən yaşdayam Gecə küçədən evə it gətirən yaşdayam Mənsə hər səhər evdən Yorğun, əzik çıxıram Ayaqqabım narahat Əynim nazik çıxıram. Boğazımı göynədən Qəhər yox, soyuq olur İt yerinə əlimdə Bir buzlu toyuq olur… Günel Mövlud
bircə qalıb birtəhər lap birtəhər-birtəhər ömrü başa vurmaq, mən bilirdim necə olur adamlardan yorulub əşyalara tutunmaq düzü, heç özüm də belə gözləmirdim...
bircə qalıb birtəhər lap birtəhər-birtəhər ömrü başa vurmaq, mən bilirdim necə olur adamlardan yorulub əşyalara tutunmaq düzü, heç özüm də belə gözləmirdim...