Conatan Livingston

Conatan Livingston
@marti_conatan
Nigar Rəfibəyli
Dağları duman alanda Dağları duman alanda, Gözüm yollarda qalanda, Yadıma səni salanda, Gül yanağım solmasınmı? Əsən yellər, əsən yellər Sevgilimdən mənə xəbər. Solanda narın çiçəklər, Gözüm yaşla dolmasınmı? Bu yerlərdən keçməz oldum, Dost, düşməni seçməz oldum, Eşqimə and içməz oldum, Könlüm xarab olmasınmı?
📚🔔 Tatil zili çaldı! Bir yıl boyunca verilen emeklerin ardından şimdi dinlenme, keşfetme ve yeni maceralara atılma zamanı. 🌞 Bu yaz bol kahkahalı, bol anılı ve elbette bol kitaplı geçsin. Tüm öğrencilere keyifli tatiller diliyoruz! 💙📖
Mən min il əvvəldə gələ bilərdim, Min ildən sonra da ölə bilərdim. Zamanı başqa cür hesablayardım, Vaxtı başqa cürə bölə bilərdim. Düşüb sən doğulan həftəyə, aya, Səni sevmək üçün gəldim dünyaya.
Güllələr demədi… Getdilər. Getdilər fit çala-çala, Getdilər atları çimizdirməyə – Bizi aparmadılar, Qulançar yığmağa, moruq dərməyə Bizi aparmadılar. Yalvarıb-yalvarıb, dil tökəndə biz onlar üstümüzə od ələdilər, qışqırıb-təpinib, hədələdilər: «Hələ uşaqsınız… nə yaşınız var…» Bir gün xəbər gəldi: dava başlanıb… Onlar əsgərliyə çağırıldılar. Nə tütək çaldılar, nə fit çaldılar, fikirli oldular, ağır oldular… Yola salanlara qoşulanda biz yalvarıb-yalvarıb, dil tökdü onlar: «Gəlməyin, qayıdın… geri qayıdın… Qayıdın atları çimizdirməyə, Qulançar yığmağa, moruq dəyməyə». Biz getdik atları çimizdirməyə, qulançar yığmağa, moruq yeməyə: düşüb arxamızca gəldi uşaqlar. Dilimiz gəlmədi bir söz deməyə. Onların yoxluğu düşdü araya,
Uzaqdan, uzaqdan, Çox-çox uzaqdan, Darıxıb gəlmişəm, qaçıb gəlmişəm, Ay qonşu, bu evin yiyəsi hanı? Eyvanda çıxardım ayaqqabımı, Açdım pəncərəni, açdım qapını, Görmədim qonağı qarşılayanı... Ay qonşu, bu evin yiyəsi hanı? Yağış suvağını yuyur bu evin, Külək şüşəsini döyür bu evin, Sükut hay-küyünü qovur bu evin, Zaman taxtasını ovur bu evin, Ay qonşu, bu evin yiyəsi hanı? Qapıda soyumuş bir əl yeri var, Həyətdə qurumuş ayaq yeri var, Alça ağacının sol tərəfində Külü laxtalanmış ocaq yeri var, Ay qonşu, bu evin yiyəsi hanı? Uzaqdan gəlmişəm, ay ev yiyəsi, Darıxıb gəlmişəm, uçub gəlmişəm, Kül olub gəlmişəm, ay ev yiyəsi. Hər dəfə, hər dəfə, ay ev yiyəsi, Qovrula-qovrula gəlib gedirəm, Hər dəfə, hər dəfə, ay ev yiyəsi,
Puan vermedi·248 syf.·
2025 228. kitabı
James Bowen
8.8/10 · 368 okunma