Matanat Alakbarova

Matanat Alakbarova
@matanatalakbarova_
Klinik Psikolog
Azerbaijan, Baku
191 reader point
Joined on June 2020
232 syf.
10/10 puan verdi
·
Read in 7 days
“Tatar Çölü” insan həyatının içərisində yer alan ən gerçək duyğuların - yalnızlığın, ümidin, ümidsizliyin, izdirabın, yanlış seçimlərin kitabıdır sanki. Ertələdiyimiz, ‘bir gün onsuzda edəcəm’ deyə düşündüyümüz şeyləri vaxtında etməli olduğumuzu, çünkü zamanın sürətlə axıb getdiyini, həyatımıza yalnız özümüzün cavabdeh olduğumuzu, ölümün qaçınılmaz son olduğunu və o an gələnə qədər həyatımızı boşuna yaşamamalı olduğumuzu çox təsirli şəkildə göstərir bizə. Xüsusilədə gənç yaşlarımızda mütləq oxumalı olduğumuz kitablardandır məncə. “Drogo insanların her zaman birbirlerinden uzakta olduklarını fark etti, birisi acı çektiğinde, acısı sadece kendisine ait oluyor, hiç kimse o acıyı birazcık olsun dindiremiyordu; bir insan acı çektiğinde, duydukları sevgi ne denli büyük olursa olsun, diğerlerinin bu yüzden acı çekmediklerini ve yaşamdaki yalnızlığı işte bu durumun oluşturduğunu fark etti.”
Tatar Çölü
Tatar ÇölüDino Buzzati · İletişim Yayınevi · 201813.3k okunma
Reklam
368 syf.
8/10 puan verdi
·
Read in 21 days
“Məhbus özü də bilir ki, o, məhbusdur, səfildir və rəis qarşısında öz yerini bilməlidir; amma heç bir damğayla, heç bir qandalla ona insan olduğunu unutdura bilməzsən. Bir haldaki, o, həqiqətən də, insandır, deməli, onunla insan kimi rəftar etmək lazımdır. İlahi! Axı insani rəftar hətta qəlbində ilahi ziyanın çoxdan söndüyü bir məxluqu da insan edə bilər.” Bu əsəri Dostoyevski onillik fasilədən, Sibir sürgünündən qayıtdıqdan sonra yazmışdır. 1849-cu ildə yazıçı Petraşevskinin dərnəyində iştirakına və orada V.Q.Belinskinin “Qoqola məktub”unu oxuduğuna görə digər sosialist-utopistlərlə birlikdə həbs edilmişdi. Məhkəmə ona ölüm hökmü çıxarmış və onun icrasına bir neçə dəqiqə qalmış hökm Çar tərəfindən dəyişdirilərək Sibirə sürgünlə əvəz edilmişdir. Cəzanın dörd ilini Omsk şəhərinin həbsxanasında, qalan altı ilini isə Sibirdə keçirmişdi. On ilin sonunda unudulmuş biri olaraq Peterburqa geri dönmüşdür. Dostoyevskinin “Ölü evdən qeydlər”də Sibirdə keçirdiyi illərin, məhkumiyyətin, həbsxanın görünməyən bütün acı həqiqətlərini oxuculara o qədər ifadəli şəkildə çatdırır ki “çar” kitabı oxuyarkən göz yaşlarına boğulur. Və Dostoyevkinin şöhrəti əvvəlkindən daha yüksək və daha dayanıqlı olaraq yenidən inşa edilir.
Ölü Evdən Qeydlər
Ölü Evdən QeydlərFyodor Dostoyevski · Qanun Nəşriyyatı, Əli və Nino Nəşriyyatı · 201314.7k okunma