İnsan heç vaxt yaxın dəqiqə və saatlardan yaxşı bir şey gözləməz.Ən yaxşı halda uzaq günlərdən, aylardan, ən pisində isə lap uzaq illərdən gözləyər: biz heç vaxt xoşbəxtliyin yaxında, bir addımlıqda dayandığına inanmırıq.Nədənsə onun çox uzaqlarda olduğuna dair bir inam yaranıb içimizdə.