Fərganə

360 syf.
·
Not rated
·
Read in 7 days
Eyni Ulduzun Altında
Kitab o qədər mükəmməl kitabdır ki, içində sevgi, faciə, qəhramanlıq, psixoloji və s. bir çox xüsusiyyətləri özündə cəmləşdirir.Oxuyarkən sıxılmayacağınıza əksinə bəzən həyəcanlanıb, bəzən kədərlənib ,bəzən də sevinc dolu hislər keçirəcəyinizə əminəm. Hər bir səhifəsini hiss edərək oxuyacağınız bir kitabdır. Xoş mütaliələr.
Eyni Ulduzun Altında
Eyni Ulduzun AltındaJohn Green · Qanun Neşriyat · 201523.3k okunma
Reklam
332 syf.
·
Not rated
·
Read in 3 days
Düzü əsəri heç bəyənmədim, çünki qatilin kim olduğun polkovnikdən əvvəl bilirdim. Əsərin mövzusuna gəldikdə isə bir insanın gəncliyində buraxdığı səhvlərin bütün ömrü boyu faciəvi nəticələrindən bəhs edirdi. Gənc taleyin qismətini qəribə üsulla seçir və həyatını qumara qoyur. Bununla da ömrünün sonuna qədər həyatı uğursuzluqlarla üzləşir. Talehi onunla amansız oyun oynayır.
On Dördüncü Adam
On Dördüncü AdamElxan Elatlı · Teas Press Yayınları · 0856 okunma
·
Not rated
Uzaq kəndlərin birində gənc ər-arvad gecə öz evlərində öldürülür. Prokurorluq və polis bir ay təhqiqat aparsa da, xeyli şübhəli şəxs istintaqa cəlb edilsə də qatil tapılmır. Axtarış düyünə düşür. Səbəb öldürülən ər-arvadın ən yaxın adamlarından birinin yalan danışmasıdır. Həmin şəxs qətlə yetirilmiş yaxınlarına görə nə qədər əzab çəksə də, namus ləkəsini gizlətmək üçün yalan danışmağa məcburdur. Cinayətin açılması üçün Bakıdan dəvət edilmiş Qanbay Qasımlı isə işə başlayan kimi hər kəsin əhəmiyyətsiz sayıb üstündən keçdiyi kiçik bir nüansa diqqət yetirir. Bu nüans cinayətin baş verdiyi gecə yağan yağışda gizlənib...
Yeddinci Mərtəbədə Qətl
Yeddinci Mərtəbədə QətlElxan Elatlı · Elgün · 2011573 okunma

Reader Follow Recommendations

See All
132 syf.
·
Not rated
·
Read in 16 hours
Mələk adlanan bu əsər Fantastik-drama janrında yazılıb. Əsərdə Azərbaycan reallığı, əsl sevgi və onun acı nəticələri, paxıllıq, kin, nifrət, acgözlük və şəhvət hisslərinin ətrafında baş verən hadisələr oxucunu yeni, sərt həqiqətlərlə dolu bir dünyaya aparır. Gözəl bir qadın cildində bir oğlanın damına düşən mələk və onun taleyindən danışılır.
Mələk
MələkQaraqan · Əli və Nino Nəşriyyatı · 20121,555 okunma
·
Not rated
Romanda yüksək vəzifə sahibi olan birinin başına gələn ağlasığmaz faciədən bəhs olunur. İnsan xislətinin ayrılmaz ünsürü olan xəyanətkarlıq ön plana çəkilir və bu təəssüfedici hal Qaplan adlı sədaqətli itlə müqayisədə daha qabarıq çatdırılır.. Doktor Əlisəttar Muradzadə xəstəni yola salıb saatına baxdı. Altıya 10 dəqiqə işləyirdi. -Gözləyən çoxdur? - deyə tibb bacısından soruşdu. -Xeyr, iki nəfər qalıb, - arıq, qarayanız qız cavab verdi. -Buraxın gəlsinlər, vaxtım azdır. Saat yeddidə Dram Teatrında Hüseyn Cavidin “İblis” tamaşası oynanılacaqdı. Doktor qərara gəlmişdi ki, bu gün arvadı ilə qızını özü ilə götürüb teatra getsin. Muradzadənin iki övladı var idi. Oğlu Arif Rusiyada həkimlik oxuyurdu. Dördüncü kursda. Qızı Venera isə Bakıda, universitetlərin birində ikinci kursu bitirirdi. Doktor səhərdən axşama kimi xəstəxanada olurdu. Onu bəzən başqa tibb müəssisələrinə də xəstələrə baxmağa dəvət edirdilər. Günün necə başlayıb, necə qurtardığından xəbəri olmurdu. Həyat yoldaşı Nelya xanım da tanınmış həkim idi. Ancaq o, poliklinikada göz həkimi işləyirdi. O da əri kimi öz işinin vurğunu idi və bütün həyatını bu peşəyə sərf etmişdi.
Xəyanət
XəyanətElxan Elatlı · <<MBM>> MMC · 20061,387 okunma
Reklam
320 syf.
·
Not rated
·
Read in 25 hours
Elxan Elatlının "Görünməyən izlər" romanında anası tərəfindən uşaq evinə verilmiş Humay adlı qızın sonrak acınacaqlı taleyindən və onun məşhur cinayət-axtarış eksperti Qanbay Qasımlı ilə tanışlığından bəhs edilir. Bu günümüz üçün son dərəcə tərbiyəvi əhəmiyyətə malik olan romanda narkomaniyanın gətirdiyi faciələrə də ustalıqla toxunulur.
Görünməyən İzlər
Görünməyən İzlərElxan Elatlı · İdeal Print · 2010443 okunma
288 syf.
·
Not rated
·
Read in 25 hours
Elxan Elatlının “Niyə susursan, polkovnik?” detektiv romanı gənc müğənni qızın ibrətamiz həyat hekayəsindən və bir mənzildə baş vermiş ağır cinayətin polkovnik Qasımlı tərəfindən araşdırılmasından bəhs edir. Romanda bu günkü mənəvi həyatımızda rast gəlinən pulgirlik, saxtakarlıq, ikiüzlülük, yaltaqlıq kimi bir çox eybəcərliklər ironiya ilə ön plana çəkilərək tənqid olunur. Bax, pilləkənin bu yerində Qasımlı onunla üz-üzə gəldi. O, polkovnikin düz gözünün içinə baxdı. Heç tükü də tərpənmədi bu zaman. Sonra isə addımlarının sürətini artıraraq çıxıb getdi. Qorxudan mı artırdı addımlarının sürətini? Xeyr! O, heç qorxub-eləyənə bənzəmirdi. Sürətini də qəfil ona görə artırmışdı ki, Qasımlını şübhələndirsin. Qəribədir... Amma yox, polkovnik Qasımlı üçün qəribə heç nə yox idi bu dünyada. Onun üçün yalnız cavabı hələlik tapılmamış suallar vardı və bu sualların cavabı gec-tez tapılmalıydı. Deməli, caninin bu hərərkəti də qəribə-filan deyildi. Sadəcə, maraqlı idi Qasımlı üçün. Amma çox maraqlı idi...
Niyə Susursan, Polkovnik?
Niyə Susursan, Polkovnik?Elxan Elatlı · Elgün · 2014417 okunma
244 syf.
·
Not rated
·
Read in 24 hours
Qaraqanın "Bir milyon dollarım olsaydı..." adlı romanı kasıb və namuslu mətbəə işçisi - Kərəmin həyatından bəhs edir. Qazandığı cüzi maaşı həyat yoldaşına və övladlarına xərcləyən qəhrəmanın həyatını təsadüfən tikintidən tapdığı bir milyon dollar necə dəyişir? O, namuslu və dəyişilməyən insan obrazı kimi bu hadisədən sonra başına gələnlərlə mübarizə aparır. Pul hər zaman xoşbəxtlik gətirirmi?. "Bir milyon dollarım olsaydı..." romanı müasir dövrün müxtəlif ailə-məişət problemlərinə işıq tutur. Əgər gecə, küçənin ortasında qara bir çemodanda bir milyon dollar tapsaydınız nə edərdiniz? Yəqin ki, hamı ilk olaraq bahalı avtomobil, villa və xaricə səyahət haqqında düşünərdi. Elə kasıb nəşriyyat işçisi Kərəm Alıyev də belə düşünürdü. O da öz kasıb ailəsini, həyat yoldaşı Firuzə və uşaqlarını ehtiyyac bataqlığından xilas etmək istəyirdi. Amma bəzən hər şey bizim gözlədiyimiz kimi olmur. Bəzən çox qəribə hadisələr baş verir. Kərəmin tapdığı bir milyon dollar onun bütün həyatını dəyişir. Pulun sahibini axtarmaq qərarına gəlir. Lakin axtarışları boş yerə olur.
Bir Milyon Dollarım Olsaydı
Bir Milyon Dollarım OlsaydıQaraqan · Əli və Nino Nəşriyyatı · 20141,151 okunma
250 syf.
·
Not rated
·
Read in 135 days
Susan qadın.
Detektiv süjet üzərində qurulmuş psixoloji roman ərindən soyuq münasibət görən, aldadılan Əsmər adlı gənc qadının faciəsindən bəhs edir. Ən incə ailə münasibətlərinə ustalıqla toxunulan, böyük həyəcanla oxuyacağınız əsərdə son dərəcə maraqlı cinayət təhqiqatı ilə yanaşı, məşhur detektiv Qanbay Qasımlının şəxsi həyatında baş vermiş kədərli yeniliklərlə də tanış olacaqsınız.
Susan Qadın
Susan QadınElxan Elatlı · Xan Nəşriyyatı · 2022294 okunma
208 syf.
·
Not rated
·
Read in 11 hours
Ölümdən sonrakı şizofreniya...
Uşaqlıq sevgisinin yaxın dostunu ilə xəyanətindən sonra sevgi ilə yollarını bir dəfəlik ayırdığını sanan Raul, sonradan ilk baxışda birinin gözləri içində itəcəyini, həyatın ona nələr bəxş edəcəyini necə bilə bilərdi... Axırıncı dəfə hansı kitab bu qədər qəlbimə toxunmuşdu bilmirəm,..sözsüz hər kitabın sonunda insan hekayəni bir daha beynində analiz edib bitirir. Ama bu kitabı bitirdikdən sonra düşündüklərim digərlərindən fərqli idi..sevgi romanlarını sevmirəm əslində, bu kitabsa sıradan bir sevgi hekayəsi deyil..
Ölümdən Sonrakı Şizofreniya
Ölümdən Sonrakı ŞizofreniyaMirəsgər Muradlı · Qanun Nəşriyyatı · 201996 okunma
Reklam
220 syf.
·
Not rated
·
Read in 4 days
24 yaşlı Veronika
Veronika monastırda kirayələdiyi otaqda dörd qutu dərman içərək intihar etmək istəyir. Bu qərarını o, iki cür əsaslandırır. Birincisi, həyatındakı hər şeyin eyni olması və yaşlılıqdan qorxması. İkincisi, Veronika qəzet oxuyan, televiziya izləyən bir xanım olduğu üçün, dünyada baş verənlərdən xəbərdardır. Səhv hesab etdiyi şeylərə müdaxilə etmək üçün gücsüzlüyünü dərk edən Veronika intihardan başqa çıxış yolu görmür. Amma cəhdi uğursuzluqla nəticələnir, onu rahiblərdən biri xəstəxanaya çatdırır. İçdiyi dərmanlarla ürəyində problemlərin yaranmasına səbəb olan Veronikaya məlum olur ki, cəmi bir həftə ömrü qalıb. Onu ruhi-əsəb xəstəxanasına göndərirlər və Veronika burada Eduarda aşiq olur. Son günlərini ruhi xəstəxanada keçirmək istəmədiyindən o, Eduardla birgə qaçaraq şəhərin bahalı bir restoranında yeyib-içir, əylənirlər. Səs-küy saldıqları üçün restorandan qovulan cütlük şəhərin kənarındakı təpəyə dırmaşırlar. Təpədə hər ikisini yuxu tutur. Səhər açılanda isə Veronika…
Veronika Ölməyə Qərar Verir
Veronika Ölməyə Qərar VerirPaulo Coelho · Qanun Nəşriyyatı · 201378.2k okunma