Mədinə Abbaszadə

Mədinə Abbaszadə
@midi_
Gözəlliyin ömrü az ,həyat qısa
İnsan dəyişdiyini bir gündə hiss etmir. Bir gün eyni küçədən keçir, eyni mahnını dinləyir, eyni xatirəni xatırlayır və anlayır ki, artıq əvvəlki insan deyil. Çünki zaman sadəcə təqvimdəki günləri yox, insanın içindəki dünyanı da dəyişir. Ən gözəl dəyişiklik isə səssiz baş verir
📚🔔 Tatil zili çaldı! Bir yıl boyunca verilen emeklerin ardından şimdi dinlenme, keşfetme ve yeni maceralara atılma zamanı. 🌞 Bu yaz bol kahkahalı, bol anılı ve elbette bol kitaplı geçsin. Tüm öğrencilere keyifli tatiller diliyoruz! 💙📖
Aylar əvvəl bəzi sözləri bura yazanda düşünürdüm ki, həyatımın ən böyük mübarizəsi sevgi ilə qorxularım arasında olacaq. O zaman özümə verdiyim sualın cavabını bilmirdim. Bu gün isə cavabı tapmışam.Bəli, bəlkə də bir müddət öncə qorxularım qalib gəldi. Amma hal hazırda buna məğlubiyyət kimi baxmıram. Çünki zaman mənə öyrətdi ki, hər itirdiyimizi itki hesab etmək doğru deyil. Bəzən insan bir qapını bağlayır ki, qarşısında daha uyğun qapılar açılsın. Bəzən ayrıldığımız yollar bizi əslində getməli olduğumuz istiqamətə aparır.) O günlərdə içimdə olan tərəddüdlər, narahatlıqlar və suallar məni yorurdu. İndi isə anlayıram ki,,həyat yalnız bir insanın ətrafında dayanıb qalmır. Həyat yenilənir, dəyişir, insan da onunla birlikdə dəyişir. Dünən mənə ağır gələn şeylər bu gün mənə dərs kimi görünür. Bəlkə də bu yol mənim üçün ən doğrudu,Çünki hər sonluq öz içində yeni başlanğıclar gətirir. Qarşıma yeni insanlar çıxır, yeni məqsədlər yaranır, yeni arzular qurulur. Mən artıq keçmişin “kaş ki”lərində yox, gələcəyin “bəlkə də”lərində yaşamağı seçirəm. Hmmm Doğrudurki Hələ də bəzi xatirələr ürəyimin bir küncündə qalır. Amma artıq onlara qayıtmaq üçün yox, böyüdüyümü xatırlamaq üçün baxıram. Çünki insan bəzən sevdiyini deyil, köhnə halını geridə qoyur.Bu gün geriyə baxanda görürəm ki qorxularım məni dayandırmayıb, sadəcə başqa bir yola yönəldib. Və mən inanıram ki, hər şey öz vaxtında, öz yerində olmalıdır.Qarşıda məni gözləyən yeniliklər, yeni şəhərlər, yeni insanlar və yeni hekayələr var. Bəzən ürəyin istədiyi yox, taleyin gətirdiyi yol daha doğru olur. Mən də artıq itirdiklərimə yox, qarşıma çıxacaq gözəlliklərə baxıram. Çünki həyat davam edir və mən keçmişə deyil, gələcəyə doğru addımlayıram.
əvvəl kimləsə dalaşsam ya da qəlbini qırsam nə olarsa olsun tez barışdırmağa, könlünü almağa çalışardım çünki bu həyatda ölüm deyə bir şey var lakin sonralar fərqinə vardım ki …. Ölüm məndə də var
Sizi yaralayan iyleştiremez
Yorgunum ama şimdi duramam