Sən, ey göylərin işartısı! – Bu sözləri o, işıq gələn pəncərəyə dedi, güldü və
güldüyündən də özünün xəbəri olmadı. – Sən, ey gülüzlü mələk! Yer üzündə səndən də yaxşısı, gözəli, ağıllısı, mehribanı, etibarlısı, həssası olmasına
baxmayaraq, qəlbimə əbədi hakim kəsilən afət! Sən, ey taleyin bir gecə yoluma çıxarıb ömrümə əbədi həkk elədiyi