Mən əllərimi sallayıb oturmaq və bu sözləri təkrarlamaq fikrində deyiləm: Cənab Allah özü bilən məsləhətdir, mənsə mane olmayacağam. Yox! Mən əminəm ki, cənab Allah Erkül Puaronu məhz ondan ötrü yaradıb ki, o, mane olsun. Mənim sənətim budur.
Alıntı
Yorulma, qurban olum Yorulma, qurban olum, yorulma, yalvarıram. Dünya var, bu dünyada mən də varam, uçmuş olsa da hasaram, səninlə qaranlıq arasında. Mənim də adım var, günlərin ağında, qarasında. Yorulma, qurban olum, Yorulanda söykən mənə, bu uçulmuş hasarın dağ boyda sinəsinə...
Mənə görə, qadın da kişi kimi eynihüquqlu insan idi, ikisini də Tanrı yaratmışdı. Və ola bilməzdi ki, Tanrı öz yaratdığı ali varlıqların birini digərinə kölə etsin.
Sayfa 29
Alıntı
heyif etmək ağır ifadədir. həmişə nəyisə “heyif” etməkdən qorxuruq. “birdən həyatı yaxşı yaşamaram, ömrümü heyif edərəm.” yəqin ki, ömrünün düşündüyün qədər uzun olmayacağını anlayanda onu da “heyif etməkdən” qorxursan. gəncliyini, arzularını, anlarını sonuna qədər yaşamaq istəyirsən. amma bu qorxunun özü bir qandala çevrilib ayağından yapışır, hər günü “dolu-dolu” keçirməsən, hər anını dibinə qədər dəyərləndirməsən, “heyif etdiklərinin” siyahısı uzanır. ona görə, görə bildiyin bütün əzalarına yazdırırsan: “live fast, die young”, “stay high” və s. əvvəl düşünürdüm ki, “kaş ki” demədən yaşamaq, sonda “heyif ki” deməkdən yaxşıdır. “kaş” demək yaşanma ehtimalı olub da yaşana bilməyənlərə, potensialı olan hər şeyə tutulan bir yasdırsa, “heyifsilənmək” yaşananlara təəssüf hissi keçirmək, peşman olmaqdır. kontekstə görə bir-birini əvəz edə bilərlər, amma mən “nostalgiya” hissini məhz belə kodlaşdırmışam. indi düşünürəm ki, hər ikisi də qaçılmazdır. həm seçdiyinə, həm də seçmədiyinə görə peşman olacaqsan. gözün həmişə arxada qalacaq, həmişə nəsə umub ondan ya məhrum olacaqsan, ya da onda umduğunu tapmayacaqsan. hər bir halda, seçim sənindir. səhv və düz olmasını belə seçdiyin dəyərlər təsbit edəcək. insanı hansı daha çox qane edər? öz seçiminlə bədbəxt olmaq, yoxsa başqalarının seçdiyi xoşbəxtliyi yaşamaq?
9/10
·231 syf.··
2026 1. kitabı
·
85 günde okudu
·
Okunma: 03 Haziran 2026 21:30
Müəllifi Erik Bern olan bu kitab psixoloji faktlarla maraqlanmayan insanlar üçün oxuyarkən çox sıxılacağı bir kitabdır. Kitabda insanların gündəlik həyatda bilmədən oynadığı oyunlar və onların
Psikoloji
İnsanların oynadığı oyunlarEric Berne · Qanun Nəşriyyatı · 0492 okunma