Möhtac yaratmadın sən məni əzəl,
Dünyada heç məni mətəl qoyma gəl,
Zərrəcə qorxmuram gələn əcəldən,
Bu yol dərganına gedir əzəldən,
Bağ,bostan yoludur ölümün izi,
Dostlar sarayına aparır bizi,
Ölüm ki səndədir nə qüssə,nə qəm,
Qoy ölüm,ölümdən mən dad çəkmərəm.
Hərçənd ki,dünyada ölüm gerçəkdir,
Ölüm ölmək deyil,yer dəyişməkdir.
Sayfa 19