Xoşbəxt olmaq üçün ən gözəl bir düstur deyim sizə. Özünüzü yaxşı tanımaq!
Bəli insan daxilindəki məni gözəl tanımalıdır . Ona nələrin təbəssüm gətirib gətirmədiyini gözəl bilməli və ən əsası nələrinsə vəya kiminlərinsə xoşbəxtliyi üçün özünün xoşbəxtlitliyibdən keçməməlidir . Bunu zaman sizə ən acı şəkildə göstərir və sübut edir . Və mənim öyrəndiyim ən qiymətli şeylərdən biridir . Kimsə üçün özünü məhv etməyəcəksən , xoşbəxt olmalısan ki xoşbəxt edəsən .
Lotos çiçəyi bataqlıqda, üfunətdə bitir. Lakin,buna rəğmən çox təmiz,gözəl,zərif bir görüntüyə və incə bir ətrə malikdir. Və bu çiçək mənim üçün çox özəldi. Sanki mənə "sən də bu dünyanın pisliklərinə rəğmən təmiz və gözəl qala bilərsən" mesajını verir.
Könlümün sevgili məhbubu mənim,
Vətənimdir, vətənimdir, vətənim.
Məni xəlq eyləmiş əvvəlcə Xuda,
Sonra vermiş vətənim nəşvü-nüma.
Vətənim verdi mənə nanü nəmək,
Vətəni məncə unutmaq nə demək?!
Anadır hər kişiyə öz vətəni:
Bəsləyib sinəsi üstündə onu.
Südüdür kim, dolanıb qanım olub,
O mənim sevgili cananım olub,
Saxlaram gözlərim üstə onu mən,
Ölərəm, əldən əgər getsə vətən.
Vətənin neməti nisyan olmaz,
Naxələflər ona qurban olmaz.
Vətən – əcdadımızın mədfənidir,
Vətən – övladımızın məskənidir.
Vətənin sevməyən insan olmaz,
Olsa, o şəxsdə vicdan olmaz. 🇦🇿
Yunan mifologiyasında «mifoloji quş» var, ac olanda bədəni qızır və ayağını dimdikləyib yeməyə başlayır və yavaş-yavaş ayağından üzü yuxarı özünü yeyir. Axırda ürəyinə dimdik çalır və ölür. Amma bilmir ki, özü-özünü öldürdü (yedi) Bəzən biz insanlar da hissə qapılıb özümüzü yeyirik, bitiririk, məhv edirik.Həyat elə qurulub ki, bütün situasiyalarda Gertsenin o məşur və müdhiş sualı açıq qalır: «Kimdir müqəssir? Kimdir günahkar?” Doğurdan da, günahkar kimdir? Sən? Mən? Siz? Biz? Tale? Dünya? Bilmirsən… Bilmirsən, bilmirlər, bilmirik.
— Bəs o quşu kim öldürdü?
Əvvəllər bu qədər çox oxumurdum. Kitablar evimizdə çox istifadə olunmazdı. Çörəyin daha vacib olduğu düşünülərdi. Qarnımızı doyurmaq zehnimizi doyurmaqdan daha vacib bir iş idi...
Bəlkə də səhv edirəm, amma mənə belə gəlir ki, gülüşünə görə insanı tanımaq olar və əgər tamamilə tanımadığınız bir adamın gülüşü elə ilk görüşdəncə xoşunuza gəlirsə, onda cəsarətlə deyə bilərsiniz ki, bu yaxşı adamdır.