Nərmin Məhərrəmova

Nərmin Məhərrəmova
@n3rmjn
Həqiqət şərabdadır, budur, bütün həqiqət meydana çıxdı, yəni mənim paxıl, kobud qəlbimin bütün çirkabı meydana çıxdı!
Reklam
bilirdi ki, başına heç görünməmiş bir hadisə gəlmiş, onun qəlbində bu vaxta qədər ona məlum olmayan, heç də əvvəlki hisslərə oxşamayan bir hiss oyanmışdır, eyni zamanda, aydınca dərk edirdi ki, onun qəlbində doğan arzu – qətiyyən baş tutmayan bir arzudur;
Alıntı
qırx üç yaşı olsa da, keçmiş gözəlliyinin izləri hələ də onun üzündə qalmışdı, bir də ki, öz yaşına görə, hələ çox cavan görünürdü; bu da ümumiyyətlə o, qadınlarda olur ki, onlar ta qocalana kimi könül aydınlığını, təəssüratlarında olan təravəti, qəlblərinin təmiz və saf alovunu mühafizə etmiş olurlar. Mötərizə içində deməliyəm ki, bunları mühafizə etmək – öz gözəlliyini hətta qocalıq zamanlarında da itirməmək üçün yeganə vasitədir.
Alıntı
Adamın öz ağlı ilə yalan deməsi – başqasının, yad bir adamın ağlı ilə doğru deməsindən yaxşıdır; öz ağlınla yalan deyəndə sən insansan, özgəsinin ağlı ilə doğru deyəndə – sən ancaq quşsan!
Yalan danışmaq – insanın bütün başqa məxluqata görə yeganə imtiyazıdır!