Asgarli

Asgarli
@n_asgarli
2 okur puanı
Mayıs 2024 tarihinde katıldı
·
Puan vermedi
Məcnun Leylini sevirdisə niyə sonda onu rədd etdi? Get, get sən həmin Leyli deyilsən.. Çünki Məcnun eşqinin elə bir mərtəbəsinə ucalmışdı ki, sevgisini ilahiləşdirmişdi. Leylini sevə-sevə onsuz yaşamağa o qədər öyrəşmişdi ki, real həyatdakı Leyliyə yox, öz xəyalında yaratdığı Leyliyə aşiq olmağa başlamışdı , bəlkə də, xəyalı ilə hər gün danışırdı, dərdləşirdi. İnsan bəzən qovuşa bilməyəndə xəyalında yaradır o insanı, və xəyalında sevir, onu özü üçün o qədər idealaşdırır ki, realdakı insan heç vaxt o qədər mükəmməl və müqəddəs ola bilməz.. Əgər qovuşsaz bütün o illüziya, ideal eşq , mükəmməl insan təəssüratı dağılıb gedəcək. İnsan bunun baş verəcəyini içdən-içə bilir əslində , bundan qorxduğu üçün də realda qaçır sevdiyi insandan, çünki bilir yaxınlaşsa, o onun təsəvvüründəki ideal insan olmayacaq, ona görə içdən-içə deyirsən ki, get, Leyli, sən o sən deyilsən..
Leyli və Məcnun
Leyli və MəcnunFuzuli · Gənclik,1991 · 01,963 okunma
Reklam
·
Puan vermedi
Zavallı ürəkləri telbətel didib parçalayan bu məhzun baxışlar, tam üç il sanki ilahi bir eşqin gözəlliklərini oxşayan xəyali mahnılar, sarsılmaz qüvvətlər sarsıdan, yorğun qolları qüvvətləndirən bu dadlı ümidlər, bir qızın yanaqlarını öpən, qucan bu məsum qızartılar, bu qızartıları öpən zəif göz yaşları, bu iztirablar, üzüntülər, hamısı qanlı bir əyləncə, qara bir yalan, bir oyuncaq, bir cəhənnəm, hamısı bir aktrisanın səhnədə göstərdiyi süni hərəkətlərdənmi ibarət idi?
Oqtay Eloğlu
Oqtay EloğluCafer Cabbarlı · Qanun Nəşriyyatı · 2021320 okunma
Asgarli

Asgarli

, 1000Kitap'a katıldı.