Özünü oxumuş, ağıllı adam kimi qələmə vermək o qədər də çətin iş deyil. Əsas odur ki, səni savadsız adam kimi tanımasınlar. Çalış ki, qarşına çıxan maneələri dəf edəsən, lazım olan yerdə susasan, lazım olmayan yerdə danışmayasan, özündən savadlı adam görəndə isə lüğətdən istifadə edib onu susdurasan. İnsanların yarısı ördək kimi cahildir, yarısı da sazan balığı kimi axmaq…