Narmin Gafarova

152 syf.
9/10 puan verdi
·
Beğendi
·
28 günde okudu
Asılacak Kadın
Kitab gerçək bir hadisədən yazılıb. 3 hissədən ibarət olan bu kitab hakim Faik, əsərin əsas obrazı olan Melek və onu qorumağa çalışan Yalçının hadisələri öz gözlərindən danışması ilə qələmə alınıb. Meleyi kiçik yaşda varlı bir ailəyə köməkçi kimi satırlar və ailənin xanımının ölməsi ilə evin bəyi Meleklə evlənir. Amma evlənməsində tək istəyi onu sevməsi deyil, kənddə olan demək olar ki hər kəsi onunla birlikdə olmağa məcbur etməsi və bunu sadəcə izləyib zövq alması üçün etməsidir. Yalçın isə bunlardan xəbəri olduqda Meleyi sadəcə xilas etmək istəyir... Sonda yazarın öz dilindən müdafiə yazılıb. Kitab "bilinç tekniği" ilə yazılıb deyə ilk baxışda anlaması və hadisələri izləməsi biraz çətindir, amma sonradan kitabın necə davam etdiyini özüm belə anlamadım. Başqa bir incelemede yazıldığı kimi desək: Toplumun kirliliğini, insanların iki yüzlülüğünü okumak isteyenlere tavsiye ederim okuyun. Xoş mütaliələr :)
Asılacak Kadın
Asılacak KadınPınar Kür · Can Yayınları · 20184,947 okunma
Reklam
52 syf.
7/10 puan verdi
·
1 saatte okudu
Küçük Kara Balık
Kitaba uşaq kitabı olaraq başlamağıma rəğmən sonradan sırf da elə olmadığını anladım. Kiçik qara balıq yaşadığı yerdən çıxmağı və dünyayı kəşf etməyi istədiyini bildirir və səyahətə çıxır. İlk baxışda belə görünsə də bu kitabın bəzi ölkələrdə qadağan edildiyini öyrəndim, çünki uşaqlar üçün yazılan bir kitab olmanın yanı sıra, ədalət, bərabərlik, sorğulama və dirənc mövzularını vurğulayan bir əsər də sayılır. Xoş mütaliələr :)
Küçük Kara Balık
Küçük Kara BalıkSamed Behrengi · Can Yayınları · 202331,3bin okunma
335 syf.
9/10 puan verdi
·
Beğendi
·
5 günde okudu
Niyə belə gec oxudum …
Kitabın ətrafımda oxuyanlardan eşitdiyim qədərilə tərifləndiyini çox eşitmişdim, amma bu qədər təsir edəcəyini düşünməzdim. Əsərin qəhrəmanı Artur 19 yaşlı, anasını yeni itirmiş, yanında sadəcə padre Montanelli olan, ona güvənən gənc bir oğlandır. O İtaliyanların qurduğu bir siyasi təşkilata, üsyana üzvdür və bunun onun həyatına edəcəyi təsirlərdən o qədər də xəbərdar deyil. İştirakçı olaraq tutulub, həbsə atılıb, günlərlə əziyyət görür. Bunlar ona heçnə etməsə də, ən yaxının ona yalan dediyini öyrənib, düşünməsi kitabı tamam başqa yönə aparır. Artur artıq Ovoda çevrilir. Əsl əziyyətlər isə bundan sonra başlayır… Kitabı gec oxuduğum üçün peşman, oxuduğum üçün də sevincliyəm. Bir oxucunun daha dediyi kimi, “unudub yenidən oxumaq istərdim”. Qırılmış dostluqda görüşmək ümidi ilə Xoş mütaliələr :)
Ovod
OvodEthel Lilian Voynich · Qanun Nəşriyyatı · 20121,849 okunma

Okur Takip Önerileri

Tümünü Gör
303 syf.
·
Puan vermedi
·
10 günde okudu
Ali ve Nino
Uzun müddətdir oxumaq istəyirdim bu kitabı, hətta bir dəfə başlayıb 1-2 səhifə sonra yarım qoymuşdum. Buna görə idi bəlkə də, kitabla bağlı çox şey gözləyirdim. Kitab maraqlıdı, oxutdurur özünü, sadəcə mən biraz fərqli düşünmüşdüm. Mövzu olaraq; müsəlman olan Əli Bakı xanları nəslindən, xristian olan Nino isə Gürcü qızıdır və əsər onların sevgisindən, yaşadıqları çətinliklərdən bəhs edir. Hadisələr 1913-1920-ci illərdə baş verir, bu da Birinci Dünya Müharibəsi, Azərbaycan Xalq Cümhuriyyətini də əhatə edir. Əli və Nino'nun iki fərqli dindən olması, bir-birindən fərqli adət-ənənələrə, düşüncə tərzlərinə sahib olmaları çox bariz hiss olunur oxuduqda. Hətta bəzi yerlərdə qadınlara qarşı olan düşüncələri oxuduqda itici gəlməyə başlayırdı o personaj mənə. Əlinin dostunun Ninoya qarşı etdiyi yanlış bir davranışdan sonra həyatlarındakı çətinliklər başlayır deyə bilərəm (spoiler verməmək üçün qurduğum qəribə bir cümlə oldu bu). Xoşbəxt olurlar, evlənirlər, amma müharibə dövründə nə qədər mümkündürsə artıq bu xoşbəxtlik. Əli yaşadığı yeri, vətənini çox sevən biri olduğu üçün heç vaxt atıb gedə bilmir hər şeyi, yəni müharibəni. Və təxmin edə biləcəyiniz son... Oxunmasını tövsiyə edərəm mi?! Edə bilərəm, aralarındakı sevgi, bağlılıq çox safdı və o dönəmi məncə kifayət qədər yaxşı anlada bilib yazıçı. Xoş mütaliələr :)
Ali ve Nino
Ali ve NinoKurban Said · Qanun nəşriyyatı · 20182,480 okunma
376 syf.
·
Puan vermedi
·
3 günde okudu
Bu şəhərdə kimsə yoxdur...
Bu yazardan oxuduğum ikinci kitab oldu və bunu ilkindən (Abaddon) daha çox bəyəndim. Ailə sevgisini hiss edə bilməyən iki insan. Villi istənməyən bir uşaq olaraq dünyaya gəlir və bunun əziyyətini çox uzun müddət çəkir, ailəsinin parçalanmasını, ona aid olan sevginin başqalarına verildiyini görür. Amerikan futbolunu atıb, xəstə baxıcısı olaraq onkoloji xəstələr üçün nəzərdə tutulan Anderson xəstəxanasında işləyir. Burda isə Visam adlı Livanlı biri ilə tanış olur, bu tanışlıq isə onun həyatını heç gözləmədiyi şəkildə dəyişir. "Mələklər" adlandırırlar bu ölümə məhkum olan xəstələri. Bu mələklərdən olan Visam Villinin ailəsinə, hətta hər şeyə qarşı olan münasibətini dəyişdirir. Ancaq bu qədər pozitiv biri olan Visamın da əslində çox acı bir keçmişi olur, onun keçmişini biləndə Villi onun dediklərinə qarşı tam fərqli cəhətlərdən yanaşmağa, onu daha yaxşı anlamağa başlayır. Visamın babası haqqında keçmişi oxuyanda nələr hiss etdim özüm də əmin deyiləm, hakim Bədri... Kitab əslində sonu təxmin edilə bilən bir kitabdır, amma yenə də böyük maraqla oxudum və hətta bəzən gözlərim doldu. Bir gün qarşınıza çıxarsa, oxuyun... Xoş mütaliələr :)
Bu Şəhərdə Kimsə Yoxdur
Bu Şəhərdə Kimsə YoxdurRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyat Evi · 20151,702 okunma
Reklam