Unutma, bunu həmişə xatırla; tamamilə cəmiyyətə aid olsan, həyatda çox axmaqca davranarsan. Ciblǝrini tərsinə çevirmiş bir insan kimi olarsan. Forman, biçimin elə olar: tərsinə çevrilmiş cib kimi.
Toxumun torpağın bətninin dərinliklərinə, kimsənin görməyəcəyi dərin qaranlığa salınmalıdır. O zaman cücərə bilər, o zamana böyük bir ağaca dönə bilər.
Eynilə toxumun torpaqdakı qaranlığa və dərinliyə ehtiyac duyması kimi, bütün dərin və yaxın münasibətlər, əlaqələr də içəridə yaranar. Məhrəm, gizli bir sahəyə ehtiyac duyarlar, yalnız iki nəfərin var olduğu bir sahǝyǝ... O zaman, bir an gələr ki, iki nəfər belə qalmaz, yalnız bir...