Gülnar

Gülnar
@narzade
Fashion designer
economics
30 Kasım
32 okur puanı
Nisan 2022 tarihinde katıldı
Tanrı səni sevdiyi üçün yaratdı. Səni elə çox sevirdi ki, səni yaratma arzusundan özünü saxlaya bilmədi, buna əngəl ola bilmədi. Bir rəssam şəkil çəkdiyində o rǝsmi sevdiyi üçün çəkər.
Sayfa 44
Reklam
Kimsə sənə sevildiyini və hörmət edildiyini söyləmədi, ehtiyac duyulduğunu söyləmədi. Bu yaradılışın sənsiz darıxacağı sənə heç deyilmədi. Sən olmasan bu yaradılışın eyni olmayacağı, sən olmasan bu yaradılışda bir boşluq olacağı heç deyilmədi. Sən olmasan, bu kainatın şeirində, gözəlliyində bir şeylər əskik gələr. Bir nəğmə, bir not ǝskik qalar; bir boşluq olar və heç kim sənə bunu söyləmədi.
Sayfa 44
Uşaqlar azad buraxılsa kim bilir bəlkə də ana-atalarının qəliblərinə girməzlər, onlar kimi olmazlar, eyni qanunlara riayət etməzlər. Kim bilir zəkaları özbaşına inkişaf etsə nələr olar?
Sayfa 37
Cəmiyyət bunu bilərək, qəsdli olaraq edir, çünki, özünə güvənən insan cəmiyyət üçün təhlükəlidir. Köləlik üstünə qurulmuş bir cəmiyyət üçün güvən təhlükəlidir. Özünə güvənən insan azad insandır. Nə edəcəyi əvvəldən bilinməz və öz yolu ilə gedəcəkdir.
Sayfa 35
Və cəmiyyət etibarı, güvəni kökündən yox edir. Özünə güvənməyinə icazə vermir. Başqa güvən növlərini öyrədir - ana,ataya güvən, kilsəyə güvən, dinə güvən, dövlətə güvən, Tanrıya güvən - amma özünə inam yox edilir.
Sayfa 35
Reklam