Böyük İsgəndər olmaq, Məhəmməd Əli olmaq fikrindən daşınarsan və anlayarsan ki, hər kəs öz adiliyində, sıraviliydə gözəldir, hər kəsin zəiflikləri var; bu da insan təbiətinin bir parçasıdır, çünki insan poladdan deyil.
Hər kəs yaxınlıq istəyir, əks halda bu kainatda heç nə edə bilməzsən; dostsuz, sevgilisiz, güvənib yaralarını aça biləcəyin heç kim olmadan yaşaya bilməzsən. Bunu da bil ki, yaralar ağrıtmasalar əsla sağalmırlar.