Çünki hər bir böyük arvadbazın bütün qadınlarda qadını axtarması kimi Niçşe də bütün məlumatlar arasında həmişə mücərrəd və əlçatmaz olanı axtarır, onu dərdə düşənə, çarəsiz qalana qədər çəkən şey nə fəth etmək, nə saxlamaq, nə də sahib olmaqdır.
Xəstəlikdən çıxdıqda insan "daha müqavimətli, daha həssas olur, sevinci daha yaxşı anlayır, bütün yaxşı şeylərdən daha yaxşı ləzzət alır, daha şən olur". Həm uşaq kimidir, həm də əvvəlkindən yüz qat artıq hiyləgərdir.