nazim

Arzumuz peşmanlığımızla davamlı olaraq yer dəyişdirir.
Reklam
Əgər insan, teztez deyildiyi kimi, yüksək rasionallığıyla seçilən bir canlı olsaydı, yəni öz-özlüyündə səmərəli şəkildə düşünməyi bacarsaydı və özünü yetkinliklə idarə edə bilsəydi, o zaman məhkəmə, hüquq, qanun, cəzalandırma aparatları kimi qurğulara gərək qalmaz, bunların varlığı zəruriyyətə çevrilməzdi.
Psixoloji-mənəvi cəhətdən bir-birinə bənzəyən insanların taleləri də, əksərən, bir-birinə bənzəyirdi.
Hamının bərabər sayılması ədalətlilik deyildi; ədalətlilik hər kəsə məhz layiq olduğunun verilməsi, demək ki, bərabərsizliyin bərqərar olmasıydı.
Biz bir-birimizi öldürməyək, qoy, fikirlərimiz bir-biriylə dalaşıb bir-birlərini öldürsünlər.
Reklam