“İmtəhandır eşidib getməsin ağlın sınağa
Dəli nəfsim, demə dörd yalnışı bir düz aparar.
Elə düz var ki, onun beşcə quruş qiyməti yox,
Elə yalnışlar olur doğrunu yüz- yüz aparar.
Demə, saqqal tutaram, səhvi bağışlar Yaradan
Kölə, qul haqqı yesən boş yerə əl üz aparar.
Yaxşının qədrini göylərdə mələklər də bilər
Bu səbəbdən gözəl insanı əcəl tez aparar.
Bəndə qumsaldakı iz, fırtınadır sanki əcəl,
Döyərək sahili hər dalğa neçə iz aparar.”
-Heydər Oğuz