- Bu adam olmasaydı, siz bu universitetdə qalıb işləyərdiniz?- bir gün ondan soruşdum.
- Əlbəttə, - o dedi. - Amma nə qədər ki, bu adam buradadır, mən işləyə bilmirəm, bu, mənə çox pis təsir edir. Mən getməliyəm.
- Siz ,axı, niyə bu adamı həyatınızın mərkəzi edirsiniz? - dedim.
Ailəni münasibətlərin mərkəzində saxlayan valideynlərin - ailəcanlı valideynlərin - yalnız uşaqların rifahı barədə düşünən ata-ananın emosional azadlığı, emosional enerjisi olmur. Əgər onlar daxili təhlükəsizliyini ailədən alırlarsa, onların öz uşaqlarının gözündə ucalmaq ehtiyacı uşaqların tərbiyə və inkişafına uzun illər sərf edilən səylərin əhəmiyyətindən üstün ola bilər. Ya da valideynlər daha çox ona fikir verə bilərlər ki, uşaqlar hər hansı konkret vaxtda özlərini düzgün və ləyaqətli aparsınlar.