Üçləmənin bu son kitabını həm uşaqlar, həm böyüklər oxumalıdır. Çox sadə dildə, anlaşıqlı eyni zamanda çox faydalı bir kitabdır. Uşaqlarımıza onların gözəl, saf və məsum olduqlarını, hər halları ilə mükəmməl olduqlarını, onları olduqları kimi dəyişdirməyə cəhd etmədən sevəcəyimizi söyləmək, xatırlatmaq, özümüz də xatırlamaq üçün bu kitabı baş ucumuzdan ayırmamalıyıq. Uşaqlarımızı həqiqətən sevmək və onlara layiq olmaq ümidi ilə...