Bu günə kimi 6 Aqata Kristi kitabı oxumuşam. Düzünü desəm bu Rocer Ekroydun Qətli qədər maraqlı deyildi. Amma oxuduqlarım arasında ən maraqlı 3cü kitab ola bilər.
Kitabın bəzi hissələrində sıxıldım. Çünki hamı 16 il əvvəl baş vermiş cinayətdən danışır. Qatili yenə də tapa bilmədim. Bu qədər şeyə baxmayaraq oxumağa dəyər bir kitabdır.
Beş balaca donuzAgatha Christie · Qanun Nəşriyyatı · 04,047 okunma
Kitabda Linet Riçvey dostunun nişanlısı ilə evləndikdən sonra Misirə gedir. Və gəmi səyahətində bir cinayətin qurbanı olur. Puaro bu cinayəti araşdırarkən başqa 2 nəfər də ölür. Sonradan məlum olur ki, ölənlər Linetin qatili ilə bağlı nəsə bilirmiş.
Mən həmişə olduğu kimi qatili tapa bilmədim. Amma qatilin kim olduğunu öyrənəndən sonra o qədər də təəcüblənmədim.
Mənim fikrimcə pis kitab deyil. Amma bundan yaxşılarını oxumuşam.
Nildə ÖlümAgatha Christie · Qanun Neşriyyat · 20185,5bin okunma