Nurcan M.

Nurcan M.
@nurhikayelerii
-Hiç bitmeyecek mi senin bu okuman? +Bitmeyecek -Hiç mi? +Hiç -Niyetin kâtip olmak mı yani? +Hayır -Ya? +İnsan olmak • Tiktok: @nur.readss • İnstagram: @nur.readss • Wattpad: @_Nur_Readss
·
Not rated
Həyatımda bəlkə də, ilk dəfədir ki, bir kitabı yarım buraxdım. Elxan Elatlının bir çox kitabını oxumuşam. Bəzilərini sevsəm də, sevmədiyim kitabları da olmuşdu. Çoxu kitabında cinsəllik çox ön plana çəkilir. Bəlkə də bunu tənqid edir, amma hər kitabında cinsəlliyə dair səhnələrin olması narahat edici olmağa başlayır. Məncə bir kitab içində cinsəllik mövzusu keçmədən də yazıla bilər. Kitablarında qadınlar fahişə obrazlarında və ya onlar haqqında fahişə imiş kimi danışan “kişi” obrazları da göstərilir. Qadınlar və ya kişilər xəyanətə uğrayır. Bəlkə Elxan Elatlının 1-2 kitabını oxuyub sevə bilərsiniz. Çünki başda mən də sevirdim. Demək olar ki, kitablarının çoxunda bu mövzunu hər dəfə gördüyüm üçün artıq Elxan Elatlı oxumaq mənə çox adi gəlir. Kitab sizin üçün çox maraqlı bir mövzuda yazılmış ola bilər. Bəlkə də, həqiqətən də, maraqlı bir mövzudadır. Lakin mən kitabın əvvəllərində yenə qadını cinsi ehtirasını qarşılamaq üçün varlıq kimi görən məxluqları gördüyümə görə bu kitabı oxumaqdan imtina edirəm.
Qan Ləkəsi
Qan LəkəsiElxan Elatlı · Press Nəşriyyat · 2020688 okunma
Reklam
192 syf.
·
Not rated
·
Read in 4 days
Bu kitabı daimi müştərisi olduğum kitab mağazasının instagram hesabında paylaşılması ilə tanıdım (
kitabevim.az
kitabevim.az
). Nə yazıçısı haqqında məlumatım var idi, nə də kitabın özü ilə. Sadəcə kitab haqqında açıqlama mənim diqqətimi çəkdiyi üçün almışdım. Kitabda ermənilərin törətdiyi vəhşiliklər, İranın İslam adı altında qadınlara verdiyi əzablardan danışılıb. İşıq Qubadlıda anadan olmuş, daha sonra ermənilərin törətdiyi vəhşiliklər səbəbi ilə atasıyla birgə Bakıya köçmək məcburiyyətində qalmışdır. Bakıda universitet qazanmış, jurnalistika oxumağa başlamışdır. Universitetdən tanış olduğu Murad və Hicran ilə təhlükəli plan qurmuş, iranlı jurnalist adı altında işğal olunmuş torpaqlara getmişdir. Onlar işlərini bitirib geri qayıtmaq istəyərkən işlər istədikləri kimi getməmişdir. İran həbsxanasında onlara edilən zülmlər qələmə alınır daha sonrasında. Bu kitabı alıb oxuduğum üçün heç vaxt peşman olmaram. İlhamə Nasir kitabında ermənilərin və iranlıların azərbaycanlılara etdiyi zülmləri qələmə alaraq bizə düşmənlərimizi daha dərindən tanıtdırmışdır. Tövsiyə edəcəyim bir kitab oldu.
İşıq
İşıqİlhame Nasır · Elm ve Tahsil · 20221 okunma