Getmək istəyirsan Bəhanəsiz get Oyatma mürgülü xatirələri Səsin həmin səsdir baxışın ögey Gedirsən səsin də yad olsün bari (şeir: Nüsrət Kəsəmənli youtube.com/watch?v=Ag1Yxuj...
Dənizi unudum, ya dalğaları? Xatirən yadımdan çıxaydı barı Payızda xəzanı, qışdasa qarı Baharda gülləri unudam gərək! (Nüsrət Kəsəmənli) youtube.com/watch?v=3VUJbOZ...
Reklam
Mən səni unuda bilmirəm axı. Unutsam nələri unudam gərək. Göylərə baxmışıq aylı gecədə Unutsam, göyləri unudam gərək. (Nüsrət Kəsəmənli) Azerbaycan halk mahniları anamızın sesi gibi azizdir işitince yüreğimiz mest olur. Unuda bilmirəm youtube.com/watch?v=daqVlmD...
Oxunub qurtarmış kitab deyiləm, Götürüb qoyasan kitab rəfinə. Arabir təkrar üçün karına gələm Açıb oxuyasan başqa birinə. Nə də simi qırıq köhnə bir taram Evin bir küncündən asasan məni Bir gün tənha qalib darıxan zaman Sim salıb köksünə basasan məni. Sənin üçün deyiləm bayram paltarı, Şənlikdən-şənliyə yadına düşəm. Gözləyə bilmərəm bu bayramları, Durub gözləməyi öyrənməmişəm. Saxlaya bilməzsən ehtiyat kimi, Məni həmişəlik ehtiyatda sən Heç kim verə bilməz mənim yerimi, Çətin başqasını əvəz edəm mən. (Nüsrət Kəsəmənli)
Uşaq ovutmağa bir noğul idi, Sözlərdə yaşayan bir ağıl idi, Yaxşı adamlar da bir nağıl idi, Daha nağıllara inanmıram mən... Nüsrət Kəsəmənli
Göz yaşını axıtmağa dəyərmi? Sonunda bir güləcəyi yoxdusa. Hər görüşə sevgi demə, əzizim, Əgər onun gələcəyi yoxdusa. Nüsrət Kəsəmənli
Reklam
76 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.