Uşaq ovutmağa bir noğul idi, Sözlərdə yaşayan bir ağıl idi, Yaxşı adamlar da bir nağıl idi, Daha nağıllara inanmıram mən... Nüsrət Kəsəmənli
Göz yaşını axıtmağa dəyərmi? Sonunda bir güləcəyi yoxdusa. Hər görüşə sevgi demə, əzizim, Əgər onun gələcəyi yoxdusa. Nüsrət Kəsəmənli
Reklam
Mən səni unuda bilmirəm, axı Unutsam nələri unudam gərək Göylərə baxmışıq aylı gecədə Unutsam, göyləri unudam gərək! Dənizi unudum, ya dalğaları? Xatirən yadımdan çıxaydı barı Payızda xəzanı, qışdasa qarı
Məndə günah axtarma, Özün küsdürdün məni. Ürəyimə toxunan, Sözün küsdürdü məni… Nüsrət Kəsəmənli
Nüsrət Kəsəmənli
-Elə baxma qadan alım, Hər baxanda könlüm olur dilim-dilim. +Necə baxım? -Elə bax ki,mən də sənə baxa bilim. +Bu mənim öz baxışımdır. Hardan alım təzə baxış? -Düzü məndə can qalmamış +Onda baxma! -Necə? Məgər bu mümkünmü? Gülüm,məndən nə tez bezdin? Əgər sənə baxmasaydım, Sən də belə görünməzdin.
Nüsrət Kəsəmənli şeirləri bir başqadırr
Oxunub qurtarmış kitab deyiləm, Götürüb qoyasan kitab rəfinə. Arabir təkrarçün yadına düşəm Açıb oxuyasan başqa birinə. Səninçün deyiləm bayram paltarı, Şənlikdən - şənliyə yadına düşəm Gözləyə bilmərəm bu bayramları, Durub gözləməyi öyrənməmişəm. Saxlaya bilməzsən ehtiyat kimi Məni həmişəlik ehtiyatda sən. Heç kim verə bilməz mənim yerimi, Çətin başqasını əvəz edəm mən
Reklam
Özünlə aparmısan, Günlərimin rəngini. Kədər mənə bənzəyir, Qəm kövrəlir sən kimi. İndi başa düşmüşəm, Sənsiz hər şeyim hədər; Səndən sonra heç kəsi, Sevmədim sənin qədər.
Özünlə aparmısan, Günlərimin rəngini. Kədər mənə bənzəyir, Qəm kövrəlir sən kimi. İndi başa düşmüşəm, Sənsiz hər şeyim hədər; Səndən sonra heç kəsi, Sevmədim sənin qədər.
122 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.