QAYIT ********** NÜSRƏT KƏSƏMƏNLİ Sən getdin ömrümdən ilk bahar kimi, Çiçəklər çəmənə çıxanda qayıt! Həsrətin leysanı tükənməz daha, Buludlar gözünü sıxanda qayıt.
© Nüsrət Kəsəmənli.
Sənin xəyalındır həsrətlə baxan, Adındır hər saat qarşıma çıxan. Qarışıb şəklinə gözümdən axan, Yağışı, selləri unudam gərək. Sinəmdə peşiman ürəyim qaldı, Uçdun əllərimdə lələyin qaldı. Nələri itirib, bax nəyim qaldı, Nələri, nələri unudam gərək.🌾
Reklam
Özünlə aparmısan Günlərimin rəngini. Kədər mənə bənzəyir, Qəm kövrəlib sən kimi.. Nüsrət Kəsəmənli
Nə səndə məhəbbət qara pul deyil.. Nə mən dilənçiyəm,əl açım sənə.. Getmək istəyirsən... O yol, o da sən... Bir cüt göz baxacaq arxanca sənin. Getdinmi... Nə vaxtsa dönmək istəsən Tikanlı yastığa dönəcək yerin. #Nüsrət Kəsəmənli
Nüsrət Kəsəmənli
Bu sevgidən sən qorxursan, eybi yox Mən sevǝrǝm ikimizin yerinə. Bu eşq üçün bir gün dara çəksələr, Mən gedərəm ikimizin yerinə. Min əzabdır sənsiz keçən hər günüm, Unutmuşam yaxşı-yaman fərqini Bu sevginin dağ əridən dərdini, Mən çəkərəm ikimizin yerinə.
Sayfa 127Kitabı okudu
Mən anamın sifətinə Vaxtsız düşmüş qırışları Oğurlamaq istəyirəm!… Nüsrət Kəsəmənli
Reklam
90 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.