Getmək istəyirsən, bəhanəsiz get, Oyatma mürgülü xatirələri. Səsin həmin səsdir, baxışın ögey, Gedirsən səsin də yad olsun, barı. Nüsrət Kəsəmənli
Olan olub, keçən keçib bəlkə də, İndi daha kövrəlməyin yeri yox. Ömrüm boyu belə gəlib mənimki Əvvəlindən biri vardı, biri yox. Uzaqdaydı mən istəyən ocaqlar, Ürəyimdən gəlib keçdi sazaqlar. Atalıydı, analıydı uşaqlar, Bizim evdə biri vardı, biri yox. Qəlbim yandı ilk sevgimdən, eşqimdən, Dara düşdüm, əl ummadım heç kimdən Məclislərdə can deyib can eşidən Dostlarımdan biri vardı, biri yox. Vaxt gələcək bu günü görəcəksən, Çox suala gözünü döyəcəksən. Vaxt gələcək sən özün deyəcəksən, Deyəcəksən: "biri vardı, biri yox!" Nüsrət Kəsəmənli
Reklam
Nüsrət Kəsəmənli
Ehtiyatlı ol!!! Məndən belə asan ayrılıb getmə Bir gün sıxılarsan ehtiyatlı ol! Neçə göz dikilib qədəmlərinə Gözlə yıxılarsan ,ehtiyatlı ol! Acı doğru xoşdur şirin yalandan Büdrəmə yapışmaz kimsə qolundan Bir gün mən verdiyim soyuq salamdan Alışıb yanarsan ehtiyatlı ol! Demirəm hər şirin mahnıya uyu Hələ qarşıdadır ömür gün yolu Gözlə , bir səhvini sən ömür boyu "Yadigar" saxlarsan ehtiyatlı ol! Sızladar qəlbini mənim həsrətim Deyərsən hicranmı oldu qismətim Qayıdıb gələrsən : -Barış Nüsrətim Barışmaz sınarsan ehtiyatlı ol!
Mən səni unuda bilmirəm axı...
Mən səni unuda bilmirəm, axı Unutsam nələri unudam gərək Göylərə baxmışıq aylı gecədə Unutsam göyləri unudam gərək! Dənizi unudum, ya dalğaları? Xatirən yadımdan çıxaydı barı Payızda xəzanı, qışdasa qarı Baharda gülləri unudam gərək! De, necə unudum mən səni, necə? Sevgi durna deyil payızda köçə Yuxuma gəlirsən mənim hər gecə Ayları, illəri unudam gərək! Sənin xəyalındır həsrətlə baxan Adındır hər saat qarşıma çıxan Qarışıb şəklinə gözümdən axan Yağışı, selləri unudam gərək! Sinəmdə peşiman ürəyim qaldı Uçdun əllərimdə lələyin qaldı Nələri itirib, bax nəyim qaldı Nələri, nələri unudam gərək! ~Nüsrət Kəsəmənli.
Hamı dost görünür,doğma görünür. Bu qədər doğmanın yadam içində. Gündüz əldə çıraq,adam gəzirəm, Mən adam tapmıram adam içində. Nusrət Kəsəmənli
Nələri,nələri unudam gərək...
Mən səni unuda bilmirəm, axı  Unutsam nələri unudam gərək  Göylərə baxmışıq aylı gecədə  Unutsam göyləri unudam gərək!  Dənizi unudum, ya dalğaları? Xatirən yadımdan çıxaydı barı  Payızda xəzanı, qışdasa qarı  Baharda gülləri unudam gərək!  Nüsrət Kəsəmənli
Reklam
Nüsrət Kəsəmənli - DÜNYA KÖHNƏ DÜNYADI
youtu.be/3YtuwkDKSFM Dünya köhnə dünyadı, Sevgiləri təzədi. Görüşə gedəni var, Görüşdən gələni var. Kövrəlib ağlayanı,
122 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.