Verdiyev Niyaməddin

Verdiyev Niyaməddin
@nverdiyev11
Ən şirin xəyal və ən acı gerçək...
Sən ən şirin xəyalım Ən acı gerçəyimsən Xəyallarda hər şeyim Həyatda heç nəyimsən Sən ən şirin xəyalım, ən acı gerçəyimsən Xəyallarda tuturam bəmbəyaz əllərindən Sən hamıdan gözəlsən, bu dünyadan deyilsən O dünyadan enmisən, yol salıb tellərindən Sən ən şirin yalanım, ən acı gerçəyimsən Ən gözəl xəyallarım sönük qalır yanında Fani bir insan kimi Mələyi sevməyimsən Tamam başqa sevgisən bir insanın canında Anidən qayıdıram xəyalından həyata Hər gün məni çürüdən dərdimə çevrilirsən Ya əsl sevgi budur, ya problem məndədir Dərd böyüyür dağ olur, yenə də sevilirsən Xəyal - həyat qarışıq Bir yolu seçməyimsən Sən ən şirin xəyalım Ən acı gerçəyimsən... - N11 ( Niyaməddin Verdiyev )